Tibb

01 Aprel

Koronavirusa görə “Facebook” və “Google” nə qədər reklam gəlirini itirəcək?

Texnologiya nəhəngləri gəlirlərin ikiqat düşməsinə baxmayaraq, gəlirliliyini saxlayacaqlar.

Kompaniyalar koronavirus epidemiyası fonunda özlərinin reklam büdcələrini azaldır.

Fins.az-ın məlumatına görə, Variety nəşri investisiya araşdırma şirkəti Cowen Co-ya istinadən yazır ki, bundan ən güclü təsir alan Facebook və Google olacaq. Proqnozlara görə, koronavirusa görə iki nəhəng texnologiya şirkətləri “Facebook” və “Google” birlikdə 44 milyard dollardan çox reklam gəlirini itirə bilər.

Analitiklərin proqnozuna görə, 2020-ci ildə Google-un reklamdan gəlirləri təxminən 127,5 milyard dollar (virusa görə, 28, 6 milyard dollar azalma) olacaq. Bu isə öncədən gözlənilən proqnoz göstəricilərindən 18% azdır. Facebook isə reklamdan 67,8 milyard dollar qazanacaq, bu isə gözləniləndən 19% (15,7 milyard dollar azalma) azdır.

Bildirilir ki, Facebook-un biznesi yalnız 2021-ci ildə bərpa olunacaq. Gəlirləri, əsasən internet reklamlarından olan digər şirkətlər də bu vəziyyətdən əziyyət çəkəcəklər. Cowen Co. Twitter -in gəlirləri üzrə 2020-ci il proqnozunu endirib. Kompaniyanın analitiklərinin proqnozuna görə, şirkət reklamlardan 3,2 milyard dollar qazanacaq.

Bu isə əvvəlki proqnozlardan 18% azdır. Snapchat reklamlardan təxminən 1,66 milyard dollar qazana bilər, bu isə gözləniləndən 30% azdır. Şirkətin analitiklərinin proqnozuna görə, Amazon-un reklam biznesində digər platformalar ilə müqayisədə enməyə daha az meyillidir. Bu isə platforma üzərindən ərzaq axtarışları ilə bağlıdır.

Cowen Co. həmçinin ABŞ -ın reklam bazarı üzrə 2020-ci il reytinqini endirib. Proqnoza görə, bazarın həcmi cari ildə 212 milyard dollar olacaq, bu isə bir öncəki illə müqayisədə 11% azdır.

©Facemark.az