Tibb

01 Aprel

“Netflix”, küçəyə çıxanlara “billboard”lardan “spoiler” verir – Foto + Video

İlk dəfə Çində tapılan koronavirus, Azərbaycan daxil bütün dünyada yayılmağa davam edir. Bu dövrdə milyonlarla insan evdən addım atmır.

Fins.az xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar olaraq video platformalarına maraq artıb. İnternet üzərində məlumat mübadiləsi normalın üstünə çıxıb.

Netflix isə buna cavab olaraq video yayım keyfiyyətini endirdiyini açıqlamışdı. Netflix koronavirus epidemiyası ilə mübarizə üçün “evdə qal” kampaniyasına dəstək olur. Netflix, küçəyə çıxan izləyicilərini, belə demək mümkünsə cəzalandırır. Ən populyar film, seriallarının kritik səhnələrini küçə billboardları üzərindən açıqlayır.

Kampaniyanı video ilə elan edən, şirkətdən deyiblər ki, “Bəziləri düşünür ki, küçəyə çıxıb, vaxt keçirməyin heç bir problemi yoxdur. O zaman biz də fövqəladi bir tədbir alırıq. Ən sevdiyiniz Netflix şoularının sürprizini pozuruq”, - dediyi videoda sürpriz pozan (spoiler) detallara yer verib. Platforma öncə belə billboardları qatar stansiyaları və avtobus dayanacaqları üzərində edib.

Netflixdən deyiblər ki, onların insanlara mesajı budur ki, nəqliyyat vasitələrindən istifadə etməmişdən öncə 2 dəfə düşünsünlər.

Şirkət bu kampaniya üçün #StayTheFuckHome həştəqindən istifadə edib. Onun spoiler verdiyi filmlər arasında
Stranger Things, Love is Blind, Narcos, Money Heis’ və s. var.

@facemark.az