Tibb

31 Mart

“Coca-Cola” Türkiyədəki reklam fəaliyyətlərinə fasilə verdi - Foto

Koronavirus epidemyasından dolayı “Coca-Cola” İngiltərə, daha sonra isə Almaniyadakı reklam fəaliyyətlərini dayandırıb.

Fins.az-ın məlumatına görə, kompaniya Türkiyədə də oxşar addımı atıb.

Şirkətdən edilən açıqlamaya görə, “Coca-Cola” və bütün markalarının Türkiyədəki reklam fəaliyyətləri apreldən etibarən müvəqqəti dayandırılır.

“Coca-Cola Türkiyə”dən deyilib ki, bu müddətdə onlar üçün prioritet çalışanların və cəmiyyətin təhlükəsiz və yaxşı olduqlarından əmin olmaqdır.

Qlobal səviyyədə şirkət xeyriyyə kampaniyasına da maliyyə ayırıb. Açıqlama mətni isə belədir:

@facemark.az