Tibb

29 Mart

Birləşmiş Millətlər Təşkilatından bütün kreativlərə çağırış – Tarixində ilk dəfə

Birləşmiş Millətlər Təşkilatı hər kəsi sağlamlıqla bağlı qaydalara əməl etməyə, çətin günlərdə həmrəy olmağa, məlumat çirkliliyinə qarşı birlikdə mübarizə aparmağa səsləyir. Amma bu dəfə təşkilat tarixində ilk dəfə dünyadakı kreativlərə çağırış edib.

Fins.az-ın məlumatına görə, təşkilat planetimizin demək olar ki, hər nöqtəsinə təmas edən koronavirus epidemiyası ilə mübarizə çərçivəsində kommunikasiyanın əhəmiyyətinə vurğu edir. O epidemiyadan qorunmaq və təsirlərini minimuma endirmək üçün kreativlərdən kömək istəyib.

 

BMT-nin kreativlərlə paylaşdığı açıq brief də deyilir ki, “Dünyanı dəyişdirəcək gücə sahibsiniz. Bizim də xalqın sağlamlığı ilə bağlı mesajlarının sadəcə fərqli dillərə tərcüməsi prizmasından deyil, fərqli mədəniyyət, cəmiyyətlər və platformalara adaptasiya edilməsi və hər kəsə, hər yerdə çatdırılması üçün yardıma ehtiyacımız var”.

Gözləntisini, “Söhbət təkcə bir kampaniyadan getmir. Fərqli mədəniyyət, yaş qrupu, coğrafiya, mənsubiyyət, dillərdən hər insana xitab edəcək kreativ həllər axtarırıq”, - ortaya qoyub.

Təşkilatın həll yolu axtardığı ən vacib 6 maddə belədir:

- Şəxsi təmizlik;

- Sosial məsafənin qorunması;

- Simptonların əlamətləri;

- Yaxşılığın əhatə dairəsinin genişləndirilməsi;

- Yanlış məlumatların qarışını almaq;

- Xeyriyyənin artırılması.

Təşkilat, dünyadakı bütün kreativlərə xitab etməklə, kontent yaradıcıları, influencer, media təşkilatlarına ilham verməyi hədəfləyir. Bu çağırış, eyni zamanda bütün influenceləri, medianı, bilikləri də əhatə edir. BMT-ni prioritet hesab etdiyi dillər arasında türkçə də var.

Qeyd edək ki, BMT tərəfindən paylaşılan brifə buradan baxa, eyni zamanda necə dəstək olmaq olar öyrənə bilərsiniz.

@facemark.az