Tibb

28 Mart

Böhran dövründə influencer marketinqin – YENİ QAYDALARI

Koronavirus epidemiyası və iqtisadi durğunluğun hökm sürdüyü bu dövrdə insanlar əyləncəyə hər zamankındən daha çox ehtiyac duyurlar. Bu ehtiyac reallaşa bilərmi? Əlbəttə bəli. Təkcə bir faktı qəbul edək ki, bu gün TikTok-un aylıq 800 milyon aktiv istifadəçisi var. Belə deyə bilərik ki, qarşıdakı həftə və aylar ərzində texnoloji cihazlarda keçirilən zaman 50% artacaq.

 Fins.az məlumatına görə, Zenith-in hesabatına görə, ABŞ-da yetkin insanlar gündə 3 saat yarımını mobil internet cihazları üzərində keçirirlər. Yeni markalar isə gündəmdən düşməmək üçün strategiyalarını yenidən gözdən keçirməli olacaqlar.

Marka kimliyiniz qarşılıqlı təsir sayınızdan daha vacibdir

Dijital məcraların bacarıqlı fenomenləri ilə marka səsinizi eşitdirə və daha şəxsiləşdirilmiş mesajlar verə bilərsiniz. Sosial məsafə qaydaları və insanların özlərini cəmiyyətdən fiziki olaraq təcrid etmələri hər kəsi dijital məcralarda olmağa itələyir. Evlərimizdə qaldıqca, həm markalar, həm də influencerlər baxış, izləyici sayında, çatımlılıqda artım hiss edəcəklər. Ancaq bu artımın sizə təsir etməsinə icazə verməməli, marka kimliyi və dəyərlərinizi göz ardı etməməlisiniz. Üz-üzə təmasın minimallaşdığı bugünkü dövrdə, kütlələr ilə əlaqəyə keçməyin və bunu inkişaf edən dijital ekosistemdən faydalanaraq etməyin tam zamanıdır. Gündəmi isə markanınızın missiyası çərçivəsində reallaşdırmaq isə uğurun formuludur. İnsanlar bu dövrlərdə qazanc güdməyən, məqsədi insanlara fayda verməyə çalışan marka və influencerlər ilə kontakt qurmağa səy göstərir.

Vacib dəyərlərinizi unutmayın

Dəyərlərinizin ən çox vacib olduğu dövrlərdən keçirik. Ona görə də, bütün kommunikasiya işlərinizin mərkəzində dəyərlərinizi birinci mövqedə tutmağı unutmayın.

Marka dəyərlərinizi gücləndirin və sosial bir məqsədi olan əyləncəli məzmunlar hazırlayın. Sizin ana səhifənizdən də başqa yerlərdə paylaşılacaq məzmunlara həyat verin. Sosial media kanallarınızdan kənara çıxacaq, izləyiciləriniz tərəfindən şəxsiləşdirilən kontentlər hazırlayın. Bunu uzun videoların asanlıqla paylaşıldığı Instagram IGTV ilə, storieslər, sorğular yolu ilə, insanları asanlıqla reaksiya verməyə təşviq edə bilərsiniz.

Fərqli formatlardan istifadə edin

Kommunikasiyanızı daha öncə istifadə etmədiyiniz əyləncəli, alternativ formatlar ilə qurmağa davam edin. TikTok challenge kimi trendləşmiş formatlar insanlara yaradıcı olmaq şansı tanıyır. Formatlardan biri isə oyunlaşdırılmış məzmunlar. Var olan və ya yeni izləyicilərinizi əlaqəyə keçməyə təşviq edəcək ən uğurlu formatlardan biri də oyunlaşdırılmış məzmunlar.

Yuxarıdakı addımları, istər qısa, istərsə də uzunmüddətli dövr üçün mövqeləndirmək və markaların müştəriləri ilə gündəm nə olursa olsun yaxın qalmasına kömək edə bilərsiniz.

Vacib bir not: influencer marketinqin üzvlərinin çoxu hər kəs kimi ortalama bir həyat yaşamırlar. Ancaq vurğulamaq olar ki, onlar da cəmiyyətin hər bir üzvü kimi hər kəs ilə eyni qaydalara əməl etmək məcburiyyətindədirlər.