Tibb

19 Mart

Koronavirus video oyun oynayanların sayını rekorda çatdırdı – Foto

Ötən həftə sonu video oyunların paylanılması üzrə rəqəmsal xidmət olan Steam onlayn istifadəçilərinin sayına görə rekorda çatıb.

Fins.az-ın məlumatına görə, bu haqda resursun sosial şəbəkələri üzərindən məlumat verilib.

Kompaniyanın məlumatına görə, martın 16-da şəbəkədə eyni anda 20,3 milyon insan olub, onun 6,4 milyonu isə eyni vaxtda video oyunları oynayıb. Məsələn, ötən həftə sonu platformada belə bir aktivlik nəzərə alınmayıb. Ekspertlər isə deyir ki, şəbəkədə aktivliyin artması, koronavirusun yayılması riskinə görə, şirkətlərin işçilərini evə buraxması ilə bağlıdır.

Kommersant nəşri xatırladır ki, platformadakı daha əvvəlki rekord, cəmi bir ay bundan öncə qeydə alınıb: 19 milyon insan.

Daha əvvəlki xəbərdə deyilirdi ki, Rusiyanın onlayn-kinoteatr şəbəkələri öz platformasındakı kontentə girişi pulsuz edib. Buna səbəb isə kompaniyanın koronavirusa görə, evdə oturmalı olan əməkdaşları dəstəkləmək istəyindən qaynaqlanıb. Özlərinin aksiyaları haqqında isə Premier, Okko, more.tv, ivi, “KinoPoisk HD”, tvzavr və Megogo onlayn-kino xidmətləri deyib.

@facemark.az