Tibb

18 Mart

Event-marketinq seqmenti koronavirusdan dolayı nə qədər itirə bilər? – Araşdırma

Event-marketinqlə məşğul olan şirkətlərin gəlirləri 2020-ci ildə 10-15%-ə qədər azala bilər.

Fins.az-ın məlumatına görə, bu haqda RBK nəşri Rusiyanın Kommunikasiya Agentlikləri Assosiasiyasının (AKAR) ekpertlərinin proqnozlarına istinadən yazıb. 2019-cu ildə bu seqmentin gəlirləri 121,2 milyard rubl olub.

Bu il isə adıçəkilən seqmentin 12-18,2 milyard rubl itirəcəyi proqnoz edilir. Belə bir rəqəm isə, əlbəttə ki, pozitiv ssenarini özündə ehtiva edir. (Belə ki, əgər ilin ikinci yarısında tədbirlərin dayandırılması prosesi dayanarsa). İndi isə təşkilatçılar koronavirusun yayılması təhlükəsindən qorxaraq böyük forum və sərgiləri ləğv edir və ya onlayn köçürürlər. Məsələn, tədbir təşkilatçılarının özləri gəlirlərdəki itkini 50 milyard rubl dəyərində qiymətləndiriblər.

Onlar artıq ölkənin baş naziri Mixail Mişustinə məktub yazaraq sahənin dəstəklənməsini xahiş ediblər. Məktub müəlliflərinin sözlərinə görə, gələcəkdə ümumi iştirakçı sayının 3 milyon nəfər olacağı gözlənilən 300-dən çox sərgi və konqres ləğv ediləcək, yaxud da təxirə salınacaq. AKAR-ın ekspertlərinin isə sözlərinə görə, tədbir sənayesində baş verən göstəricilərdəki dəyişiklik, ümumiyyətlə, bütün marketinq xidmətləri bazarına təsir edir.

Qeyd edək ki, daha əvəlki xəbərdə deyilirdi ki, 2019-cu ildə Rusiyada reklam bazarının həcmi 5% böyüyüb və 493,8 milyard rubla çatıb. Bu göstəricilərdəki artımın əsas səbəbi marketinqin digital istiqaməti olub. Belə ki, ötən il bu sahədə 20%-lik artım müşahidə olunub, demək olar ki, 244 milyard rubla çatıb. Bu isə bütün reklam bazarının 40%-i deməkdir.

@facemark