Tibb

17 Mart

Mark Zukerberq COVID-19-a görə belə addım atdı

Dünya miqyasında yayılmağa davam edən koronavirus epidemiyasının təsirlərini azaltmaq istəyən Facebook, Birləşmiş Millətlər Vəqfi (United Nations Foundation) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə COVID -19 ilə bağlı COVID-19 Solidarity Response Fund-ını qurub.

Fins.az xəbər verir ki, Facebook, COVID -19 təhdidinə qarşı qlobal və yerli təşkilatlar ilə əməkdaşlıq edir. Facebook və Instagramdakı xeyriyyə vasitələrindən istifadə etmələrinə və epidemiyaya qarşı ən təsirli şəkildə cavab verməyə çalışır.

Facebook-dakı COVID-19 ilə bağlı fond 10 milyon dollarlıq hədəfinə çatan zaman, şirkətdən gələn əlavə 10 milyon dollarlıq pul ilə xeyriyyə kampaniyası sona çatacaq.

Toplamda 20 milyon gəlir isə ÜST-ə koronavirus ilə mübarizəyə gedəcək.

Məsələ ilə bağlı açıqlama verən Facebook şirkətinin qurucusu Mark Zukerberq isə deyib ki, "Bir çox insan bizə koronavirus ilə mübarizə aparmaq istədiklərini, ancaq bunu necə edəcəklərini bilmədiklərini deyirdi. Biz də yeni bir fond qurmağa qərara gəldik. Yaxın günlərdə CDC Vəqfi ilə birlikdə ABŞ-dakı epidemiya ilə mübarizəyə fokuslanan toplamda 20 milyon dollar dəyərində bir xeyriyyə kampaniyasına start verəcəyik".

©Facemark