Tibb

13 Mart

2019-cu ildə ən çox saxtalaşdırılan smartfonların adı açıqlandı: Necə ayırd edək?

2019-cu ildə qara bazarda ən çox Apple və Samsung ağıllı telefonlarını saxtalaşdırıblar.

Fins.az-ın məlumatına görə, bu haqda GizmoChina populyar bençmark Master Lu-ya istinadən yazıb.

Bençmark son il ərzində əlavəsi vasitəsilə yoxlanılmış smarfonaları təhlil edib. Master Lu-ya görə, ən çox saxtalaşdırılan smartfonların TOP-3-yünə iPhone 8 rəhbərlik edir, sonrakı yerləri isə qatlanan Samsung Galaxy W2018 və W2019 tutub. İlk beşliyi isə Apple və Samsung-un flaqmanları tutur— iPhone XS Max və Galaxy S10+.

Saxta smartfonlar üzrə ən böyük payı Apple və Samsung tutub. Müvafiq olaraq 29,5% və 26,4%. Xiaomi telefonlarının 9,8%-i saxta, Honor-da isə 6%-dir. Əlavə edək ki, tədqiqatın müəllifləri araşdırmanın metodologiyasını açıqlamayıblar. Master Lu, həmçinin saxta qurğuların xüsusiyyətləri haqqında da danışıb. Əsasən, bütün saxta smartfonlar Çinin Pekin, Şençjen, Quançjou şəhərlərində ortaya çıxır, orijinaldan belə klonlaşdırılan saxta smartfonlar MediaTek MT6589 prosessora və 7 piksel ekran ölçüsünə malikdir.

Mütəxəsisslər isə deyirlər ki, feyk telefonlar orijinal komponentlərə malik ola bilir, ancaq onlar OEM (Orijinal Avadanlıq İstehsalçılarının) istehsalçılarının komponentlərindən fərqlidir.

Populyar bençmarka görə, 2018-ci ildə bazarda ən çox saxtalaşdırılan smartfon Samsung Galaxy W2018 olub. İkinci və üçüncü yerləri isə Apple — iPhone 8 və iPhone XS Max tutub. Həmin ilki reytinq sıralamasında liderliyi indi olduğu kimi Apple və Samsung tutub.

©Facemark.az