Tibb

13 Mart

“Cannes Lions”dan alternativ plan açıqlaması

Son günlər bu il reallaşması planlanan tədbirlər koronavirus (COVID-19) epidemiyası ilə bağlı olaraq bir-bir təxirə salınır. İlin ən populyar marketinq və reklam festivalı olan Cannes Lions-un aqibətinin necə olacağı ilə bağlı suallara isə elə festivalın təşkilatçıları tərəfindən açıqlama gəlib.

Fins.az xəbər verir ki, açıqlamada deyilib ki, festival öncədən də planlaşdırıldığı kimi 22-26 İyunda Cannes-də keçiriləcək.

Ancaq təşkilatçılar əlavə edirlər ki, onlar vəziyyəti, səhiyyə və hökumətin təlimatlarını yaxından izləyirlər. Onlar deyirlər ki, istər çalışanların, istərsə də sponsor, partnyor, müştərilərin sağlamlıq və təhlükəsizliyinin qorunması istiqamətində qərarlıdırlar.

“Cannes Lions” təşkilatçıları alternativ plan açıqlamasını da ediblər. Belə ki, Cannes Bələdiyyəsi və Fransa hökumətinin səlahiyyətli şəxsləri ilə müzakirlər nəticəsində belə qərara gəlinib ki, festival üçün altenativ tarix 26-30 Oktyabr ola bilər. Bildirilib ki, festivalın tarixi ilə bağlı son qərar 16 Apreldən öncə elan ediləcək.

Açıqlamada: “Festival tarixi hər nə olursa olsun, mükafatlar veriləcək. Bütün müraciətlər jürilər tərəfindən dəyərləndiriləcək. Müraciət şərtlərində və festivalın qrafikində heç bir dəyişiklik olmayacaq. Ancaq olduğu təqdirdə, bu haqda əvvəlcədən məlumat veriləcək.

Cannes Lionsun baş direktoru Simon Cook isə öz açıqlamasında deyib ki, bütün işlər öz axarında, 22 İyunda olacaqmış kimi davam edir: “Epidemiyanın yayılması ehtimalında isə alternativ plan icra ediləcək”, - deyə o, sözlərinə əlavə edib.

©facemark.az