Tibb

12 Mart

McDonald’s “gözəgörünməzlər”dən reklam çəkib

McDonald’s restoranlar şəbəkəsi və Leo Burnett reklam agentliyi gecə növbəsində işləyənlər haqqında reklam çarxı çəkib. Bu barədə Creative Boom yazır.

Reklamda yol işçiləri, taksi sürücüləri, mağaza və xəstəxana əməkdaşları, yanğınsöndürənlər “gözəgörünməz” halda yer alıblar. Onlar McDonald’s-a girəndə isə artıq görünürlər.

Reklamın məqsədi ölkəni dəstəkləmək üçün yorulmaq bilmədən işləyənləri tanıtmaq və eyni zamanda bu işdə restoranlar şəbəkəsinin rolunu da vurğulamaqdır. Bunu, The Drum-a McDonald’s-ın nümayəndəsi Ben Foks deyib.

“Siz yatmırsınızsa, biz də yatmırıq” – reklam çarxında bildirilir.