Tibb

12 Mart

“PepsiCo” 3,85 milyard dollara alış edir?

PepsiCo energetik içki istehsalçısı Rockstar Energy kompaniyasını 3,85 milyard dollara alacağı deyilir.

Fins.az xəbər verir ki, CNBC nəşrinin yazdığına görə, tərəflər Şimali Amerikada 2009-cu ildən bəri distribyutor razılaşması üzrə əməkdaşlıq edirdilər.

Distribyutor razılaşması isə PepsiCo-ya istehsala innovasiya qatmağa və digər energetik içki istehsalçıları ilə əməkdaşlıq etməyə icazə vermirdi. CNBC nəşri qeyd edir ki, əgər tərəflər arasında əməkdaşlıq baş tutarsa, PepsiCo bazardakı digər oyunçular ilə əməkdaşlıq edə bilər.

Bildirilir ki, PepsiCo-nun Kickstart, GameFuel və AMP kimi energetik içkiləri var, onları isə tanınan brendi olan Mountain Dew-in köməyi ilə irəli aparır. Şirkətdən isə nəşrə deyiblər ki, yeni alış onların 2020-ci ildəki, nə gəlirlərinə, nə də mənfəətlərinə təsir etməyəcək.

Nəşr xatırladır ki, Coca-Cola və PepsiCo kimi şirkətlər energetik içkilər bazarına ona görə daxil olur ki, ABŞ-da istehlakçıların qazlı içkilərə olan tələbi aşağı enib.

Məsələn, 2019-cu ilin noyabrında Coca-Cola Rusiyada öz brendi adı altında Coca-Cola Energy adlı energetik içki istehsalına başladı. Kompaniya isə bu ölkədə belə bir məhsul istehsalına başlaması səbəbini burada energetik içki bazarında satışların yüksək temp ilə artması göstərilmişdir.

©Facemark.az