Tibb

11 Mart

Qazlı içkilər istehsalçısı “Fanta”dan yeni, əyləncəli kampaniya

Qazlı içkilər istehsalçısı Fanta #InTheNameOfPlay (Oyunun adına) adlı reklam kampaniyası hazırlayıb. Bu reklam çarxı insanları daxili axmağlığı sərbəst buraxmağa təşviq edir.

Fins.az xəbər verir ki, qısa videolardan ibarət olan reklam çarxı bəzən ağılsız, bəzən əyləncəli, bəzən də təhlükəli hərəkətlər edən insanlara heyranlığını ifadə edir.

“Həqiqi çempion olmaq istəyən daha çox “qan”, tər, göz yaşı tökməlidir. Bu “kişilik”, cəsarət və qərarlılıq tələb edir”, - deyə videoların birində arxa fonda səslənir. Bir başqa videoda deyilir ki, axmaq olmaq, əfsanə olmaqdan daha çoxudur.

Reklam çarxında köynəyin içində rəqs edən qızı, hamam xalatında buz üstündə sürüşən oğlanı, çılpaq buza baş vuran qızı və s. görə bilərsiniz.

Həmin videonu təqdim edirik.

©facemark.az