Tibb

10 Mart

Time jurnalı əsrin ən nüfuzlu 100 qadınını üz qabığına çıxardı - Foto

Amerikanın Time jurnalı öz versiyasına görə, keçən əsrdən bu yana ilin ən nüfuzlu qadınlarını müəyyən edib. Və “ilin qadınlarını” öz üz qabağına çıxarıb.

Fins.az xəbər verir ki, yeni reytinq hər il ərsəyə gətirilən “ilin adamı”na oxşar şəkildə hazırlanıb.

Beləliklə, jurnal 1920-ci illərdən başlayaraq öz dövrünün qadınlarını kölgədə qoyan, ilin qadınlarını seçib. Ümumilikdə jurnalın 89 üz qabığı yaradılıb. Daha əvvəl 11 qadın jurnalın üz qabığını bəzəyib.

Time:

Ameliya Erhartdan Beyonsa, Evi Perondan Malal Yusufzaya qədər yüzilliyin simasını təmsil edən 100 qadın ilə tanışın.

Time jurnalının üz qabığını bəzəyən nüfuzlu qadınların arasında meksikalı rəssam Frida Kalo, Britaniyanın kraliçəsi II Yelizaveta, şahzadə Diana, Hindistanın yeganə qadın baş naziri İndira Qandi, alman kansleri Angela Merkel, müğənni Madonna, sabiq Amerika prezidentinin xanımı Mişel Obama, eko-aktivist Qreta Tunberq və başqaları var. Jurnalın 2012-ci ildəki üz qabığını isə Rusiyadan Pussy Riot qrupunun üzvləri bəzəmişdi.

©facemark.az