Tibb

04 Mart

Biznesdə özün olmaq uyğunlaşmaqdan daha effektlidir

Biznesdə təbii olmaq kiminsə gözləntilərini qarşılamağa çalışmaqdan və uyğunlaşmaqdan üç dəfə daha faydalıdır. Bunu Harvard universitetinin araşdırmasına istinadən Inc.com yazır.

Belə ki, alimlər 166 könüllünü peşəkar ünsiyyətdə iştiraka cəlb ediblər. Onları iki qrupa ayırıblar və onlar üçün biznes mələklərinə öz ideyalarını təklif etmək imkanı yaradıblar.

Birinci qrup özünü adi şəkildə aparmalı idi. İkinci qrupa isə tapşırıq verildi ki, səhmdarlarda xoş təəssürat oyatsınlar və həmsöhbətlərinin nə gözlədiyini təxmin etməyə çalışsınlar. Sonda biznes mələkləri 10 yarımfinalçı seçiblər. Sonra araşdırmaçılar sınaqdan keçənlərdən kimin səhmdarları  daha çox təsirləndirdiyini müqayisə edib.

“Məlum oldu ki, çıxışlarında səmimi olan sahibkarların məmnun etməyə can atanlara nisbətən yarım finala keçmək şansları üç dəfə daha çoxdur” – araşdırmanın təşkilatçılarından biri Françesko Cino deyib.

Alimlər son olaraq belə qənaətə gəliblər ki, təbii olmaq – təəssürat oyatmağın ən effektiv yoludur.