Tibb

03 Mart

Nokia-nın direktoru işdən çıxarıldı

5G texnologiyalarında rəqiblərindən geri qaldığına görə Nokia-nın İcraçı direktoru Rajeev Suri vəzifəsindən azad edilib.

Son illərdə yeni çıxardığı cib telefonları ilə deyil, mobil şəbəkə işlərilə tanınan Nokia-nın İcraçı direktoru Rajeev Suri vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, Rajeev Surinin yerinə uzun illərdir şirkətdə müxtəlif vəzifələrdə işləmiş Pekka Lundmark təyin edilib. 

Nokia son illərdə Erricsson AB və Huawei ilə 5G texnologiyası sahəsində rəqabət aparır.