Tibb

03 Mart

Neyroşəbəkə merçandayzer obrazında: Daha çox necə satmaq olar?

Riteylerlər, əsasən hələ ki neyron şəbəkələri (Shelf Recognition) vasitəsilə malların tanınması texnologiyasına nəzər salırlar. Bu çərçivədə baxdıqda distribütorlar artıq çoxdandandır ki, Shelf Recognition- tanıyırlar və onu öz təcrübələrində sınayırlar. Süni İntellekt Laboratoriyasının rəhbəri olan Aleksandr Nemtsov merçandayzinqdə bu cür tədbirlərin tarixindən bəhs edir.

Situasiya

 

Rus distribyutorlar 40 000 ticarət mərkəzinə şərab tədarükü edirlər. Bu isə federal şəbəkələrdən, sahəsi 100 kvadrat metr olan şəhər mağazalarınadək olanlardır. Onun isə mağazalardakı rəflərdə yerini alan bir çox rəqibi mövcuddur, bura kaberne, merlo, sovinon, şiraz, zinfandel və s. kimi şərablar daxildir. Rəqiblərin davranışlarını analiz etmək, rəflərdə onların düzülüşünü bilmək üçün distribyutorlar bu işi merçandayzer, ticarət nümayəndəsi, supervayzer və marketoloqa həvalə edirlər. Bu işdə ən böyük yük isə, əlbəttə, merçandayzerin üzərinə düşür, belə ki, onlar, hər gün təxminən 300 nəfər insan mağazalara baş çəkir ki, rəqibləri ilə bağlı qiymətli informasiyalar əldə etsinlər.

Problem

Plana görə, hər bir merçandayzerə hər gün 20 ticarət nöqtəsinə baş çəkmək lazımdır, faktiki olaraq isə bu 12-15 ziyarət edir. Merçandayzer mağazaya ziyarəti zamanı audit edir-faktiki olaraq isə anket doldurur. Bu anket isə rəf payını hesablamağa, rəqiblərin qiymət və aksiyalarını analiz etməyə və marketinq qərarları verməyə kömək edir. Problem isə ondan ibarətdir ki, bu cür məlumatlar təsadüfi yığılır və göndərilir.

Adi təcrübə isə ondan ibarətdir ki, merçandayzer onu ağ kağız üzərində anketini hazırlayır, axşam isə onu skan edir, şəklini çəkir, daha sonra isə poçtla ofisə göndərir. O, həmçinin hər getdiyi ticarət nöqtəsindən daha çox məlumat vermək üçün çoxlu fotolar çəkməli olur.

Əslində isə çəkilən bu fotolar heç kimə lazım olmur, tələb olunan isə odur ki, doğrudan da merçandayzer həmin ticarət nöqtəsinə baş çəkib. Onların bəziləri isə biclik edirlər, evdə anketi doldururlar, keçmiş səfər vaxtı çəkdikləri dəxlisiz fotoları göndərirlər. Kənardan isə elə görünür ki, işlər aktiv bir şəkildə davam edir. Amma isə heç kimi heç nəyə vaxtı yoxdur, yəni merçandayzer bütün günü getdiyi ticarət nöqtələrində anket doldurur, marketoloq isə qərarlar qəbul edir. Mağazalardan əldə edilən məlumatların isə 50%-i yanlışdır və həmin informasiyalara görə, qərarlar vermək isə satışların artımına heç də müsbət təsir göstərmir, əksinə mənfi təsiri olur. Bəs bu halda nə etmək olar?, deyə distribyutorlar soruşur.

Həll yolu

İşin bir hissəsini avtomatlaşdırmaq və onu maşınlara köçürmək olar. Bu isə təxminən 2 dəfə ucuza başa gəlir və 200-300 əməkdaşın əməyinin ixtisarından söhbət gedir. Bunun üçün isə 2 mərhələdə hərəkət edəcəyik.

 

1. Audit alətlərini sifariş edirik. Excel,ağ kağız üzərində anketlər, skaner, e-mail, WhatsApp paylaşımlarının yerinə, bir mobil həll tapırıq və söhbət ofisin bir hissəsi olan mobil əlavədən gedir. Merçandayzer əlavə üzərində elektron anketi doldurur, burada şərab ilə olan rəflərin fotosunu əlavə edir və ziyarətin sonunda analiz üçün göndərir.

 

Foto: Merçandayzerin əlavəsində elektron anket

2. Grotem/Agenti-i neyroşəbəkə ilə riteyler üçün inteqrasiya edirik. Bizim vəziyyətimizdə neyroşəbəkə-bir neçə ay əvvəl müxtəlif ticarət nöqtələrində çəkilən on minlərlə təsviri özündə saxlayan, onun necə adlandıırldığını qeyd edən kompüter görmə sisteminə əsaslanır. Bu cür texnologiyanın sayəsində o, çipsi qablaşdırmanı, qarğıdalı dənəciklərindən, Coca-Cola-nı isə Pepsi-dən fərqləndirə bilir. Qırmızı, sarı, ağ etiketlərin də endirimli məhsul olduğunu tanıyır. Sistem bir neçə fotonu bir-araya gətirə bilər, beləliklə ortaya bir mağaza rəfi çıxar və daha sonra rəfdəki hər məhsulun nisbətini (SKU) müəyyən edə bilər.

Ümumilikdə isə hər şey bu cür işləyir:

- Merçandayzer şərab ilə olan rəflərin şəkilini çəkir və onu iş tətbiqinə əlavə edir.
- Təsvir bulud sisteminə daxil olunur.
- Neyroşəbəkə fotoları tanıyır və onları analiz edir.
- Nəticədə isə hesabatı ofisə göndərir.

Nəticə:

Belə bir texnologiyadan istifadə olunması merçandayzerin müxtəlif ticarət nöqtələrində auditin vaxtını bizim qiymətləndirməmizə görə 40—50% azalda bilər. O, başqa bir hiylələrə əl atmadan planı, hətta artıqlaması ilə yerinə yetirə bilər. Bu cür sistem üzərində hiyləyə əl atmaq əvvəlki ilə müqayisədə daha çətindir.

Bildirilir ki, neyroşəbəkə ilə çalışan ticarət şəbəkələri deyir ki, onlar satışlarını 3-7% artırmağa nail olublar. Bəziləri isə bu rəqəmin 10%-ə belə qalxdığını deyir. Müstəsna haldır, amma ola bilər.

©FACEMARK.AZ