Tibb

02 Mart

“Instagram Stories”: necə və niyə bu funksiyadan istifadə edək?

Instagram-da əsas lenti “zibilləmə”dən həyatın maraqlı anlarını paylaşmaq olar. Instagram Stories haqqında bilməli olduğunuz bütün məlumatları bir yazıda təqdim edirik.

Bu nədir?

Stories funksiyası, başqa adla Azərbaycan dilinə lokalizasiya olunmuş hekayələr bölməsi istifadəçilərə foto və ya mətn, emoji və digər nişanlarla ilə 10 saniyəlik video, foto paylaşmağa icazə verir. Bu cür postların açar xüsusiyyəti ondan ibarətdir ki, onlar daimi sizin lentinizdə görünmürlər və 24 saatdan sonra “yoxa çıxırlar”.

Nəyə görə lazımdır?

Instagramın rəsmi açıqlamasına görə, bu funksiya insan həyatının çox da vacib olmayan nüanslarının digərləri ilə mübadilə edilməsinə kömək olur. Yükləməyə xəcalət belə çəkdiyiniz ev və ya keyfiyyəti yaxşı olmayan fotoları burada paylaşa bilərsiniz. Bu cür postlar istifadəçinin lentini “zibilləmir”və ona kimsə, ancaq istədiyi halda baxa bilər.

Ondan necə istifadə edək?

Öz növbəsində, bu funksiya Snapchat sosial şəbəkədəki funksiya ilə oxşarlıq təşkil edir. Təxminən eyni cür işləyirlər, amma kiçik fərqlə. Stories-in imkanları çox deyil və sadədir. Bununla belə istifadəçilərin heç də hamısı bu funksiyadan faydalanmır.

Hekayələrə bax

Mövcud hekayələr lentin yuxarı hissəsində görünür və onlar hərəkət edərək, gizlənirlər. Yeni hekayələr dərc edilən anda görünür və bir gündən sonra yoxa çıxır. Burada hekayələr xronoloji ardıcıllıqla nizamlanmır və hər yeni əlavə edilənlər önə çıxır. Ona baxmaq üçün isə sadəcə lentin yuxarısındakı dairəyə klik etmək lazımdır. Ekranda 10 saniyə görünən foto və ya video açıqlacaq. Hekayəni dayandırıb, ona baxa bilərsiniz. Ya da hekayələr arasında keçid edə bilərsiniz.

Davamı olacaq.

©Facemark.az