Tibb

02 Mart

Nielsen: Pivə bazarında nə baş verir?

Nielsen araşdırma şirkətinin məlumatına görə, 2019-cu ildə Rusiyanın bütün regionlarında pivə satışları təbii ifadədə 2,1%, pul ifadəsində isə 4,1% artım göstərib.

Fins.az xəbər verir ki, satışlardakı bir neçə illik enmənin fonunda pivə sənayesi, 2018-ci ilin yüksək bazasını da nəzərə alaraq ard-arda ikinci ildir ki, müsbət dinamika nümayiş etdirir.

 

Təxmini olaraq bir mağazada 230-dan çox alkoqol içkinin olduğu rəfdə onların elə 100-ü pivənin payına düşür. Bu isə bir öncəki il ilə müqayisədə məhsul baxımından 6 dəfə çox rəqəm deməkdir. 6 məhsuldan 3-ü isə istehlakçılar arasında daha çox populyarlıq qazanan filtirlənməmiş alkoqollu pivədir.

Araşdırma şirkətinin məlumatına görə, bazarda kiçik oyunçuların payı və onların istehsal etdikləri məhsulun sayı getdikcə artır: Məsələn, 2017-ci ildə onlar pivə bazarının 24%-ni tuturdularsa, 2019-cu ildə onların payı 28,2% artım göstərib. Pivə bazarında olan kiçik seqmentlərin (yarı-qaranlıq pivə, filtrlənməmiş pivə, güclü pivə, alkoqolsuz pivə və s.) satışları isə daha sürətlə böyüyür.

©Facemark.az