Coca-Cola Publicis Italy ilə birlikdə yeni çöl reklamı hazırlayıb, yeni kampaniya insanları görünməyən butulkanı görməyə məcbur edir.
Fins.az -ın məlumatına görə, Designtaxi yazır ki, minimalistik kampaniya şirkətin firma rəngləri olan qırmızı və ağ üzərində hazırlanıb.
Bildirilir ki, kampaniya Mərkəzi və Şərqi Avropa bazarları üçün hazırlanıb.
Bu reklam kampaniyası brendlərin ikonun yığışdırılması trendini davam etdirir. Bu isə o deməkdir ki, belə brendlərin reklam kampaniyalarında özlərinin ikonlarından istifadə etmələrinə ehtiyac qalmır. Məsələn, oxşar reklam kampaniyasını daha əvvəl McDonald’s Leo Burnett London agentliyi ilə birgə hazırlamışdı. Belə ki, onlar bilborddan şirkəti xatırladan elementləri və loqotipi götürmüşdülər.
©Facemark