Tibb

25 Fevral

Koronavirus dünyanın ən zənginlərini də “vurdu”: “Bloomberg” yazır

Dünyanın ən varlı insanları fond bazarlarında koronavirusun bütün dünya iqtisadiyyatını vuracağı ilə bağlı narahatlıq fonunda 139 milyard dollar itiriblər.

Fins.az xəbər verir ki, bu haqda Bloomberg agentliyi yazıb.

Bu 2016-cı ilin oktyabrından bəri, yəni nəşrin müşahidələr aparmağa başladığı vaxtdan Bloomberg-in reytinqində yer alan ən zəngin insanlar üçün ən böyük itki hesab olunur.

Məsələn, LVMH şirkətinin baş direktoru Bernar Arno və Amazonun rəhbəri Ceff Bezos hər biri müvafiq olaraq 4,8 milyard dollardan çox itiriblər. Zaranın rəhbəri Amancio Otreqa 4 milyard, Mark Zukerberq 3,48 milyard dollar itirib. Onluqda yer alan digər milyarderlərin şəxsi sərvəti isə 2,3 milyard dollar azalıb. Bazar ertəsi ticarətin bağlanışında ABŞ fond indeksləri isə 3%-dən çox düşüb.

İnvestorlar koronavirusun yayılmasından narahatdırlar, çünki baş vermiş epidemiya və karantin tədbirləri Çin və dünya iqtisadiyyatı üçün risk yaradır.

Xatırladaq ki, Pekin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) naməlum epidemiya haqqında 2019-cu ilin dekabrın 31-də məlumat vermişdi. Onun isə yeni bir virus olduğu müəyyən edilmişdi. ÜST epidemiyanı beynəlxalq təcili vəziyyət kimi tanıyıb.

©Facemark.az