Tibb

21 Fevral

Lamoda TikTok ulduzları ilə 90-cı illər stilində lukbuk ərsəyə gətirdi

Onlayn mağaza Lamoda-da 90-cı illərə həsr edilmiş lukbuk (ing. lookbook-orijinal fotoşəkillər seriyası-red.) çıxıb. Onu Nike Air Max 90 krossovkolarının 30 illiyi şərəfinə hazırlayıblar.

Fins.az xəbər verir ki, yeni çəkilişin qəhrəmanları isə fitnes-bloger Ursula Kim, aktrisa Daşa Melnikova, həmçinin TikTok ulduzları Yuliya Qavrilina və Valya Karnauxova olub.

Onlar 90-cı illərin stilində-qısa köynəklər, tünd rənglərdə idman kostyumları və Nike Air Max 90 krossovkalarının yeni versiyasını geyiniblər.

Həmçinin Lamoda və Nike TikTok və Instagram-da “Sənin 90-cı illər stilindəki obrazın adlı” müsabiqə elan ediblər. Müsabiqədən qalib gələni isə Nike-ın yeni krossovka modeli gözləyir.

Qeyd edək ki, Nike Air Max 90-ın ilk modeli 1990-ci ildə çıxıb. Həmin idman ayaqqabıları həmin nəsil üçün ikonik hala çevrilmişdi.

©Facemark.az