Instagramda bloggerlər səhifələrinə yeni abunəçilərin cəlb olunma nisbəti düşüb.
Fins.az-ın məlumatına görə, bu haqda Campaign portalı HypeAuditor-un məlumatarına istinadən yazıb.
Bu cür tendensiya isə şəbəkənin tədricən layk sayğacından imtina etməyə yönəlmiş yeni siyasətinin birbaşa nəticəsidir.
Öncələr belə eksperiment yalnız 8 ölkəni əhatə edirdi. Ötən ilin noyabrında isə test proqramının daha bir çox ölkə üzrə genişləndirilməsinə dair qərar qəbul edilmişdi.
Instagram rəhbərliyindən isə güman edirlər ki, belə bir addım platformada olan istifadəçilər arasında rəqabət hissini azaldacaq və onları daha etibarlı məzmun dərc etməyə təşviq edəcək.
Ancaq HypeAuditor-un məlumatına görə, laykların gizlədilməsi platformada cəlb olunma nisbətinin (ER, engagement rate) azalmasına səbəb olub.
Ancaq bütün dünya üzrə bu göstərici 2019-cu ildə 10% aşağı düşüb. Ən çox enmə isə Braziliyada 28,33% və Avstraliyada müşahidə edilib. (-13,26%). Əsasən də bu hal meqainfluencerlər və məşhurlara təsir edib.
1-5 min abunəçisi olanlar üzrə ER 14%, 5-20 min abunəçisi olanlarda bu nisbət 33%, 20-100 min – 42%, 100 min 1 milyon 43%, 1 milyondan çox olanlarda isə 32% enib.
Əgər tematika üzrə bölsək, ER-in ən çox yüksək olduğu stil üzrə yazanların platformalarında 3,86%, foto çəkilişləri olan bloqlarda 3,30%, idmanda 3,08% üzrə olub.
©Facemark.az