Tibb

21 Fevral

Məhşur mebel şirkəti yeni üsulla satışlarını artıra bilib

İsveçin məşhur İKEA şirkəti Rusiyadakı satışlarını 17% artırmağa nail olub. Buna «xruşovka» binalardakı mənzillər üçün dizaynlar hazırlayıb pulsuz təqdim etməklə nail olub.

Hazırda şirkət bu üsulu digər ölkələrdə də tətbiq etməyi düşünür.

İKEA pulsuz dizayn kitabxanası sistemini 2019-cu ilin iyununda işə salıb. Burada «xruşovka» binalardakı mənzillər üçün ən uyğun dizayn variantları (14 layihə) öz əksini tapıb. Belə mənzillərin sahibləri evlərini daha yaxşı dizayn etmək üçün bu layihələrdən pulsuz istifadə edə bilərdilər. Dizaynın virtual variantına baxmaq üçün sakinlər sadəcə öz ünvanını daxil etməlidirlər.

Bu sistem işə düşəndən sonra həmin saytı 2,8 milyon nəfər ziyarət edib. Onların əksəriyyəti yeni alıcı olub. İndi İKEA oxşar layihələri başqa ölkələrdə, o cümlədən Almaniya, Polşa və Çində də reallaşdırmaq niyyətindədir.