Tibb

21 Fevral

Balenciaga xəbər buraxılışına bənzər reklam filmi çəkdi: İzləyici qorxa bilər – Video

Moda evi Balenciaga özünün yaz-yay kolleksiyasını reklam etmək üçün yeni reklam çarxı çəkib.

Fins.az xəbər verir ki, müvafiq keys Adsoftheworld portalı üzərindən paylaşılıb.

Reklam çarxı xəbərlər buraxılışı formatında hazırlanıb.

Aparıcı cari hadisələrdən danışır. Məsələn Ayın tutulması, piyadaların yola qayıdışı, suyun axını və s. Ancaq jurnalistlər və proqramın aparıcıları adi insanlardan daha çox yadplanetlilərə bənzəyirlər. Onların dodaqları qəribə hərəkət edir və mimikaları isə qorxuducudur. Kadr arxasındakı musiqi də qorxuducudur. Burada xəbər proqramlarında olduğu kimi bir axın var. Ancaq ifadələrin bəzisi isə anlaşılmır. Məsələn, kosmosda insanlar ağlaya bilməzlər. Bir uzunqulaq öz ayaqlarını eyni anda dördünü də görə bilər.

©Facemark.az