Bütün dünya üzrə 764 milyon insan xüsusi proqramdan istifadə edib, bu isə 2014-cü ildən bəri ən yüksək göstəricidir.
Reklamları bloklama xidmətindən istifadə edənlərin sayı rekord səviyyədə artıb.
Fins.az xəbər verir ki, bu haqda Blockthrough və PageFair şirkətlərinin əsas məlumatları əsasında Warc araşdırma kompaniyası yazıb.
- 2019-cu ilin dördüncü rübündə müxtəlif qurğular üzərindən reklamı bloklayan istifadəçilərin sayı 764 milyon nəfərə çatıb. Bu isə 2015-ci ilin başlanğıcında olan rəqəmdən nə az nə çox, düz iki dəfə çoxdur.
- Tədqiqatda deyilir ki, bütün dünya üzrə 4,1 milyard internet istifadəçisinin 18,5%-i reklamın bloklanması xidmətindən istifadə edir.
- Əksər hallarda istifadəçilər mobil qurğular üzərindən reklamı bloklayırlar. Belə ki, 2019-cu ilin dördüncü rübündə smartfonlar üzərindən reklamların bloklanmasından 527 milyon insan istifadə edib. Demək olar ki, iki dəfə az insan desktop qurğuları üzərindən (236 milyon) reklamların bloklanması proqramından istifadə edir.
- Google Chrome dominant brauzer olaraq daxili reklamları bloklamaya getmir. Ancaq onun rəqibləri olan UC Browser və Opera Mini isə daxili reklamları bloklama funksiyasına görə, mobil şəbəkə bazarında payını qoruyur.
©Facemark.az