Müştərilərə zəng etmək və məktub göndərmək üçün ən münasib zaman açıqlandı.
“RingDNA”şirkəti süni intellektin köməyi ilə 130 milyondan çox telefon danışıqlarını təhlil etdi. Məqsəd potensial müştərilərlə təmas üçün ən effektiv vaxt aralığını təyin etmək idi.
“RingDNA” qurucusu və CEO-su Hovard Braun “Business Insider”ə bildirib ki, şirkət elektron poçtları, telefon danışıqlarını təhlil edir və hansı fəaliyyətin hansı saatda maksimum nəticə verdiyini müəyyən etmək üçün məlumat idarəetmə sistemindən istifadə edir.
Analitiklər potensial müştərilərə zəng etmək üçün ən yaxşı vaxtın səhər 10-dan 11:30-dək olduğunu müəyyənləşdiriblər. Şirkətdən verilən məlumata görə, əsas məsələ səhər çağının qarışıqlığı və nahar fasiləsi arasındakı fasiləyə girməkdir, adətən ən məhsuldar vaxt məhz budur. Bu intervalda işçilər əlaqə qurduqları şəxslərdən daha çox geri əlaqə alırlar.
Şirkət həmçinin qısa zəngləri tövsiyə edir. Təklifinizin müştəriyə nə dərəcə maraqlı olduğunu başa düşmək üçün bir neçə dəqiqə kifayət edir. Təhlil göstərdi ki, uğurlu satışlar orta hesabla 14,3 dəqiqə çəkir. Üstəlik, satış menecerlərinin 70%-dən çoxu söhbət əsnasında detalları dinləməyin və diqqətli olmağın vacibliyini qeyd etdi. Hesabatda göstərilir ki, satış rəhbərləri orta hesabla 12 saniyə danışır və vaxtlarının çoxunu müştərilərin ehtiyaclarını dinləməyə sərf edirlər.
E-məktubların 12:00-18:00 aralığında göndərilməsi tövsiyə olunur. Mütəxəssislər zənglərə az cavab verildiyi saatlarda oxunmuş ismarıcların sayının artdığını təsbit etdilər. Ən böyük geri əlaqəni isə saat 15:00-da almaq olar. Məktublar qısa olmalıdır, yalnız üç sətir bəsdir. Müştəri üçün gözlədiyi nəticələr və bunun nə vaxt olacağını tez bir zamanda öyrənmək vacibdir. Araşdırmanı paylaşan Inc daha əvvəl də millenniallar və zumerlərin daxil olan zəngləri yaşlı nəsildən üç dəfə daha çox blok etdiyini bildirmişdi.