Morqan Frimen - Məşhur aktyor
Cavanlıqda klerk, rəqqas daha sonra isə teatrda işləyib. 1970-ci illərin əvvəllərində isə Elektrik şirkəti adlı teleserialda iştirakından sonra populyarlıq əldə edib. 1971-ci ildə isə Frimen böyük kinoda özünün birinci rolunu oynadı. Daha sonra isə onun karyerasında 9 illik səssizlik yarandı. Bundan sonra isə o türmə dramı janrında ikinci rolunu oynadı – Brubeyker. Aktyora əsl məşhurluq isə 1987-ci ildə gəldi və Küçə oğlanı filmindəki ən yaxşı kişi aktyor nominasiya üzrə Oskar-a namizəd göstərildi. Həmin vaxt isə onun 50 yaşı var idi.
Samuel L. Cekson - Məşhur aktyor
Samuel Leroy Cekson məktəbi bitirdikdən sonra, aktyor tərkibi qara dərililərdən ibarət olan yerli teatrda çalışıb. O, 1972-ci ilə, kollecdən məzun olana qədər orada işləyib. Daha sonra isə o müxtəlif filmlərdə epizodik rollarda rol alıb. Cekson, hətta 1990-ci ildə çəkilən Bomba oğlanlar və 1993-cü ildə lentə alınan Yura Dövrü Parkı filmində kiçik epizodlarda da olsa rol almağı bacardı.
Samuel L. Ceksona böyük miqyaslı uğura isə yalnız 1994-cü ildə müvəffəq olur. O, Kventin Tarantinonun Kriminal Qiraət filmində əsas rollardan birini icra etdikdən sonra məşhurluğun zirvəsini fəth edir. Həmin vaxt isə onun 47 yaşı var idi.
Momofuku Ando - tez bazar bişən vermişellərin ixtiraçısı
1932-ci ildə, 22 yaşında Yaponiyalı Momofuku Ando özünün şəxsi tekstil şirkətinin əsasını qoyur. 11 ildən sonra isə o, özünün tikiş istehsalı üzrə şirkətini yaradır. Amma İkinci Dünya Müharibəsinin bitməsindən az keçməmiş Ando müflis olur. O illərdə isə ölkə əhalisini yemək ilə təmin etmək üçün istehsalçı şirkətlərin sayı az idi. Hətta belə şirkətlər ehtiyacları qarşılaya bilmirdilər, həmçinin onlar kiçik şirkətlər idilər. Buna görə də Momofuku müstəqil şəkildə vermişel istehsalını qurmağa qərar verir. Bir neçə ay davam edən təcrübə və yanlışlardan sonra, 1958-ci ilin avqustunda 48 yaşlı Momofuku Ando bazara birinci dəfə asan hazırlana bilən qablaşdırılmış vermişellər çıxarır. Amma doğrudur ki, bu məhsul bir çox yaponun cibinə uyğun deyildi. Belə ki, onun qiyməti ənənəvi vermişellərin qiymətindən nə az nə çox düz 6 dəfə baha idi. Yalnız 1971-ci ildə Ando vermişelləri su keçirməyən konteynerlərdən çatdırılmaları həyata keçirir. Yalnız bundan sonra onun qiyməti dəfələrlə aşağı enir, hətta məhsulun populyarlığı təkcə ölkədə deyil, həmçinin xaricdə də artır. Ancaq Momofukunun həmin vaxt 61 yaşı var idi.
Rey Krok - McDonald’s restoranları şəbəkəsinin yaradıcısı
Rey Krok 52 yaşına qədər ticarət agenti (kağız stəkanları və mikseri yemək xidməti müəssisələrinə satırdı) olaraq işləyib. Bəzən isə caz ansamblında pianinoda çalırdı, bəzən isə daşınmaz əmlakın satışı üzrə agent işindən pul qazanırdı. 1954-cü ildə isə o təsadüfən Makdonald Brothers-in restoranlarında olur. Restoranın müasirliyi və yeməklərin hazırlanması prosesi və işçilərin peşəkarlığı onu heyran edir. Rey Krok Makdonald Brothers-ın lisenziyasını alır və anoloji ad altında, ABŞ ərazisində yerləşən restoranın əsasını qoyur. O, 1955-ci ildə özünün ilk restoranı yaradır. Bütün ölkə ərazisində belə müəssisə açmaq üçün franşiz satışına başlayır. Tez bir zamanda isə McDonald’s böyük miqyasda populyarlıq qazanır, hətta müştərilər arasında da məşhurluğu artır.
Meri Key Eş - Meri Key kosmetika şirkətinin yaradıcısı
Meri Key Eş Stanley Home Products-da ticarət agenti olaraq çalışıb. 1963-cü ildə isə onun öyrətdiyi kişilər vəzifələrində yüksəliş əldə edirlər, amma o isə yüksələ bilmir. Bundan sonra o işdən çıxarılır və cəmi 45 yaşında ikən pensiyaya çıxır. Meri kitab yazmağa başlayır, bu kitab digər qadınlara bizneslərində uğurlu olmağa kömək etməli idi. Ancaq maraqlısı budur ki, bu kitab onun gələcək şirkətinin biznes planına çevrildi. O, özünün uşaqlarından 5 min dollar borc alır, özünün Mary Kay kosmetika şirkətinin əsasını qoyur. Kosmetika firması isə öz ilk işini Dallas şəhərindəki mağazasında başlayır. Nəticədə, Meri Key Eşin şirkəti uğur qazanmağa müvəffəq olur. Merinin öldüyü 2001-ci ildə onun şirkətinin dünyanın 37 ölkəsində 800 000-dən çox nümayəndəsi var idi. 2014-cü ilin ortalarında isə şirkətin dünyada 3 milyondan çox konsultantları mövcud idi.
©Facemark.az