Kraft Heinz qida konserni 2020-ci ildə media xərclərini 30% artırmağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu haqda Kraft Heinzin baş direktoru Miqel Patrisiyo deyib.
Elə bu səbəbdən şirkət mediapartnyor olduğu holdinqlərin sayın təxminən 2 dəfə, 36-dan 19-a endirməyi düşünür. Dəyişiklik sadəcə şirkətin xərclərinin strukturuna deyil, eyni zamanda strategiyasına da təsir edəcək. Kompaniya media xərcləri üzrə əsas diqqəti kiçik brendlərdən, iri və perspektivli olanlara yönləndirəcək.
Bildirilir ki, Kraft Heinzin bu il marketinq xərcləri isə ya eyni qalacaq, ya da azaldılacaq.
Qeyd olunur ki, holdinq rüblük hesabatlarının zəif olmasından dolayı, bu cür ölçüləri götürmək məcburiyyətindədir. 2019-cu ilin dördüncü rübünün nəticəsinə görə isə şirkətin illik ifadədə gəlirləri 5,1% azalma göstərib və 6,54 milyard dollara çatıb.
©facemark.az