4 mart 2020-ci il həftəsindən etibarən Google-un alış-veriş reklamları artıq Gmail də görünməyə başlayacaq.
Bu yeni reklam modeli hesabına markalar məhsul və xidmətlərini Gmail-in əsas səhifəsi və axtarış motorlarında təqdim edə biləcək.
Fins.az xəbər verir ki, fevralın əvvəlində Google-un Partnyorlarına açıqlamasında deyilirdi ki, 1 milyarddan çox istifadəçisi olan Gmail-də də 4 mart 2020-ci il həftəsindən etibarən Google alış-veriş reklamları (məhsul alış-veriş reklamları və vitrin alış-veriş reklamları) görünməyə başlayacaq.
Google-un partnyor şirkətlərindən biri olan Moon Workshop-un CEO-su Murat BARÇIN deyib ki, istifadəçilərin vərdişlərinə uyğun reklamlar daha da artacaq: “Markalar DMP (Data Management Platform) modellərinə keçid edəcək. Beləcə, dəxlisiz reklamlar istifadəçiləri narahat etməyəcək: “Türkiyədə bir çox marka artıq, həm potensial müştəri kütləsini, həm də məhsul kateqoriyalarını seqmentlərə bölür. Bununla markalar istədiği müştərini asanlıqla tapa bilir. Onlayn alış-veriş kütləsi isə reklamları vərdişlərinə görə gördüyü üçün alış qərarları sürətlənir və daha münasib onlayn alış-veriş edə bilirlər”, - deyiblər.
©facemark