Sevgi sadəcə şəxsə deyil, eyni zamanda KFC restonlarındakı yeməyə də ola bilə, bu seriyanın yaradıcıları deyir.
Fast-food restoranları şəbəkəsi KFC Müqəddəs Sevgililər Günü ərəfəsində qoxulu təbrik açıqcaları hazırlamağı qərara alıb.
Fins.az xəbər verir ki, bu haqda hədiyyə istehsalçısı Moonpig-in saytında yer alan məlumatda deyilib, bildirilib ki, onlar açıqcaların dizaynı ilə məşğul olublar.
Adıçəkilən açıqcalar KFC-nin toyuq və ədviyyatlarının xüsusi qoxusu ilə hazırlanıb. Əgər siz təsvirdəki toyuğu əliniz ilə ovxalasanız, o zaman onun ətrini hiss edə bilərsiniz.
Marka vegeterianları da unutmayıb, belə ki, burada təsvirin üzərində KFC-nin veqan toyuq sendviçini görə bilərsiniz. Onun aşağısında isə yazılıb “Will you be my VEGANtine?”.
©Facemark