Alibaba Group, Çində koronavirusun yayılmasını yavaşlatmaq üçün medikal məhsul tədarükçüsü ilə ölkədəki sağlamlıq personalını birləşdirəcəyi Qlabal Birbaşa Tədarük Platformasını qurduğunu elan edib.
Fins.az xəbər verir ki, virusun yayıldığı şəhər olan Uhanın karantinaya alınmasından 2 gün sonra, 25 yanvarda yaradılan platformanın qurulmasında məqsəd, Uhanda və epidemiyadan zərər çəkən digər şəhərlərdəki sağlamlıq personeli üçün lazım olan medikal məhsulların tədarükünü təmin etməkdir.
Alibaba, xəstəxanalardan və yerli idarədən toplanan məlumatlara dayanaraq ehtiyac duyulan qoruyucu maskalar, tibbi qoruyucu əlbisələr, tibbi qoruyucu eynəklər, tibbi əlçəklər və digər qoruyucu məhsullar kimi medikal məhsulların funksiyalarını, modelini və miqdarını platformada yayımlayacaq. Tədarükçülər isə təklif etmək istədikləri məhsullar ilə bağlı məlumatlarını paylaşacaqlar.
Alibaba, tədarük məlumatlarını təsdiq etdikdən və məhsulların uyğunluğunu müəyyən etdikdən sonra tədarük müddətinə başlayacaq. Platformaya bu link üzərindən keçid etmək olar.
©Facemark.az