Tibb

12 Fevral

"Lipton" satışa çıxarılıb

Dünyanın aparıcı qida istehsalçısı “Unilever” şirkəti “Lipton” və “Pucca” çay markalarını satışa çıxarıb. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən brendlərin 6 milyard avroya satılması nəzərdə tutulub. 

Xatırladaq ki, dünyada qara çaya tələbatın azalması şirkətin işində çətinliklər yaradıb. Səhmdarlara 3-5% illik böyümə vəd edən “Unilever” ötən il istehsalın həcmini cəmi 1-2% artıra bilib.