Tibb

11 Fevral

Dünyanın ən böyük reklamverən şirkətinin adı açıqlandı

GroupM hesablayıb ki, elektron ticarət nəhənginin payına düşən reklam xərcləri 2% təkil edir. Buna qədər isə ən böyük reklamverən PG idi.

2019-cu ildə Amazon-un reklam xərcləri 34% artaraq illik 11 milyard dollara çatıb. Bu elektron ticarət nəhəngini dünyanın ən böyük reklamverəni statusuna çatdırır. Ancaq dünya reklam xərclərində onun payı 2% təşkil edir-deyə GroupM-in biznes analitiki Brayn Vizer deyib.

Campaign nəşri isə yazır ki, son 10 ildə Ceff Bezosun qurduğu şirkətin reklam xərcləri demək olar ki, 20 dəfə artıb. Şirkətin maliyyə hesabatına görə isə, 2009-cu ildə şirkətin reklam xərcləri cəmi 593 milyon dollar olub. 2019-cu ildə şirkətin ümumi marketinq xərcləri isə 18,9 milyard dollar təşkil edib. Son hesabatında onlayn-riteyler müştərilər ilə qarşılıqlı təsirin kanalları arasında, axtarış reklamını, rəqəmsal və sosial inkişafı və TV reklam çarxlarını və digərlərini nümunə göstərib.

Bildirilir ki, Amazon-un kreativ büdcəsi iki agentlik Lucky Generals və Joint arasında bölüşdürülür. Amma mediada brendin qlobal reklam alışları ilə isə Interpublic-ə daxil olan İnitiative şirkəti məşğul olur.

Son illərə qədər isə reklam xərclərinə görə lider mövqeyində ProcterGamble şirkəti yer tutub. Fmcg nəhənginin son maliyyə hesabatına görə isə, 2019-cu ildə brend reklam büdcəsini 5% azaldaraq 6,8 milyard dolllara çatdırıb.

Campaign nəşri eMarketerin hesabatına istinadən yazır ki, Amazon Google, Facebook, Alibaba-dan sonra rəqəmsal reklamın satışları üzrə dünyada 4-cü yeri tutur. Reklamların yerləşdirilməsi isə şirkətə 14,1 milyard dollar qazandırıb, amma bu rəqəmə şirkətin digər xidmətləri də daxil olub.

©Facemark