Tibb

08 Fevral

TikTok-un rəqibini elə birinci həftədə 1,3 milyon dəfə yüklədilər

Yeni əlavə Byte adını daşıyır.

Qısa videoların mübadiləsi proqramı olan Byte-ı elə birinci həftəsində 1,3 milyon dəfədən çox yükləyiblər.

Fins.az xəbər verir ki, bu haqda Variety nəşri Sensor Tower-in məlumatlarına istinadən yazır.

Servis istifadəçilərə 6 saniyə davam edən videolar çəkməyə və tövsiyələr bölməsinə baxmağa, həmçinin tematik qismi izləməyə icazə verir.

Xidməti Vine platformasının yaradıcısı olan Dom Hofmann ərsəyə gətirib. Daha sonra isə Twitter Vine-ı alır və 2017-ci ildə isə bağlanılır. Buna isə uyğun biznes modelin tapılmaması səbəb olur.

Əlbəttə ki, hər yeni platformanın ərsəyə gəlməsi kimi, Byte-ın da işə salınması problemsiz ötməyib. Belə ki, istifadəçilər deyirdilər ki, birinci gün ora spam botların axını olub. Cümə günü isə Byte özünün partnyorluq proqramı haqqında danışıb. Şirkətdən deyiblər ki, platformada kontent paylaşan müəlliflər bundan pul qazanacaqlar.

Altı saniyəlik video paylaşmağa icazə verən Vine platforması isə GIF-ə oxşar video çarxlar hazırlamağa və onu Twitter-də folloverlər ilə paylaşmağa kömək olurdu. 2013-cü ildə ərsəyə gətirib və 2017-ci ilin oktyabrında isə bağlanıb.

Servis Instagram, Snapchat, YouTube kimi platformalara rəqabətdə uduzdu və auditoriyasını itirməyə başladı, elə buna görə də Twitter onu satmağa qərar verir.

Xatırlatmaq yerinə düşər ki, TikTok sosial platforması isə (Çində Douyin kimi məşhurdur) Vine bağlanmamışdan bir neçə ay öncə yaradılmışdı.

Bildirək ki, TikTok platforması-TikTok-un orijinal əlavəsi və 2014-cü ildə əsası qoyulan Musical.ly xidmətinin birləşməsi nəticəsində yaranıb. Populyarlıq zirvəsini isə 2015-ci ildə fəth edib.

TikTok isə Vine platformasının bir neçə elemetlərini götürüb. Məsələn Duet funksiyası. Bu bəzi istifadəçilərə TikTok-da final videosu yaratmağa kömək olur.

The Verge nəşri isə TikTok-u Vine-ın ən yaxın analoqu adlandırmışdı. Son məlumata görə isə platforma populyarlıq baxımından Instagram-ı belə üstələyib. Məsələn, ötən il TikTok 1,5 milyard dəfə yüklənmişdi.

©Facemark