Tibb

07 Fevral

Moda evi Hermes kosmetika istehsal etməyə başlayır

Moda evi Hermes şəxsi brendi adı altında kosmetika istehsal etməyə hazırlaşır. Onun istehsalı ilə isə Hermеs Beautе adlı ayrıca bölmə məşğul olacaq.

Fins.az xəbər verir ki, 2020-ci ilin martında satışa Rouge Hermes adlı dodaq boyası kolleksiyası çıxarılacaq.

Bu dodaq boyası isə özündə 24 rəngi ehtiva edir. Bu rəqəm isə moda evinin Paris şəhərində yerləşən tarixi ünvanına işarə edir. Fobur Sent-Onore küçəsi, ev 24.

Dodaq boyasının rəngləri isə brendin arxivində olan ipək örtüklərin rənglərinə uyğun seçilib. Dodaq boyasının qablaşdırması isə Hermes çantalarında istifadə olunan metaldan hazırlanır.

Növbəti mərhələrdə isə Hermes brendi altında üz, göz üçün dekorativ kosmetika və dəriyə qulluq vasitələri istehsal ediləcək.

©Facemark