Tibb

06 Fevral

American Airlines təyyarədə internet aclığının dəhşətləri haqqında reklam çarxı çəkib – Video

American Airlines aviaşirkəti sərnişin təyyarəsində Wi-Fi-ın olmamağı ilə bağlı reklam çarxı çəkib.

Fins.az-ın məlumatına görə, The Drum portalı yazır ki, çarxın qəhrəmanlarına uzun müddət uçmaq lazım olacaq. Amma təyyarənin göyərtəsində olan zaman məlum olur ki, orada internet yoxdur. Və onların hər biri üçün bu bir işgəncəyə çevrilir.

Çarxın qəhrəmanlarından biri olan qlamur blogger özünün Instagram səhifəsini bir neçə dəqiqə yeniləməsə qala bilmir. Belə ki, o başlayır özünün smartfonundakı şəkilləri təyyarədəki sərnişinlərə göstərməyə. Buna səbəb isə həmin şəkilləri qiymətləndirmək olur. Çarxın başqa bir qəhrəmanı isə uşaqlarını əyləndirmək üçün həmişə planşet və internetdən istifadə edib. Bu dəfə isə internetin yoxluğunda isə ata uşaqlarını əyləndirmək üçün nağıl danışmalı və kağızdan personajlar uydurmalı olur.

Təyyarədə olan başqa bir qəhrəman isə işkolikdir. O, bütün səyahətləri zamanı noutbukunu da özü ilə götürür. İnternet olmadığına görə isə o stiker, faks kimi keçmiş ofis texnologiyalarından istifadə edir.

Bununla aviaşirkət xatırladır ki, onun təyyarələrində Wi-Fi var və sərnişinlər saatlarla əzab çəkmək lazım olmayacaq.

Çarxın üzərində isə Streetlight Film Media studiyası çalışıb.

©facemark.az