Tibb

06 Fevral

Henry Ford avtomobil imperiyası qurmağa necə nail olur?

Bu məqalədə Henry Ford-un prinsiplərindən, onun əli dollarlarla oynayan ilk milyarderlərdən biri olmasından və necə öz zamanının ən iri sənayeçisinə çevrilməsindən bəhs edəcəyik. Onun işə yanaşması müflis şirkətləri belə gəlirli birilərinə çevirə bilər. Bəs bunun səbəbi nədir?

Gəlin əvvəlcə onun tərcümeyi-halına nəzər yetirib istehsalın optimallaşması prinsipinə necə gəlib çatdığına da baxaq.

Henry Ford sənaye fəaliyyətinə 1903-cü ildə “Ford avtomobilləri icması”nı yaratmaqla başlayıb. Firmanin kapitalı 100 000 dollar təşkil edib və firmanın nəğd 28 000 dolları olub (bütün bu pullar işə xərclənib).

İlk avtomobillər A modelləri olub.

Onlar  müasir avtomobillərdən fərqlənsələr də əsl  mütərəqqi avtomobillər hesab olunurlar. A sinfindən olan “Ford” avtomobilləri orta gəlirli adamların maşını olub və onlar etibarlılığı, praktikliliyi  və rahatlığı ilə seçiliblər.

İlk il artıq 1708 maşın satılır. Bunu yaxşı nəticə adlandırmaq olar.

Amma son illər şirkət yeni, daha baha modellər istehsal etməyə başladığına görə satış sayı 1599-a düşüb.

Belə olan halda, Ford şəhər və yüngül turizm üçün ancaq 3 ucuz model buraxmaq qərarına gəlir.

Nəticə özünü çox gözlətmir və artıq həmin il şirkət 8423 maşın satır! Məhz bu vaxt Ford bir şeyi başa düşdü: alıcılar üçün əsas qiymətdir.

O, qiymətləri endirmək istədi. Bunun üçün bir avtomobilin istehsalına xərcləri azaltmaq lazım idi: “İstehsalat artırılıb istehsal daha da effektiv şəkildə edildiyi halda avtomobilin qiyməti düşür”.

Məhz buna görə də 1909-cu ildə Ford bundan sonra ancaq T modelləri istehsal edəcəklərini bildirdi.

1910-cu ildə Ford ucuz qiymətə sadə avtomobil təqdim edir və nəticədə dövriyyə 10 000 avtomobil sayına kimi artır. O, geniş həcmli istehsala fəal surətdə yatırım edir və qiyməti 950 dollardan 780 dollara kimi azaldır, beləcə, 34 528 maşın satışına nail olur.

Fordun əsas ideyası avtomobilin qiymətinin sistemli şəkildə endirilməsi ilə yanaşı istehsalı da daha effektiv etməkdən ibarətdir.

Ford avtomobillərin istehsalında ixtisaslaşmamış işçi qüvvəsindən istifadə edib və bunu onun yüksək nailiyyətlərindən biri hesab etmək olar. Axı əvvəllər avtomobil yığmaq üçün təcrübəli mexaniklərdən ibarət bütöv bir briqada lazım gəlirdi və onlar da layiqincə əmək haqqı tələb edirdilər.

Ford avtomobillərin sadə əməliyyatlarla yığılması prosesini tətbiq etdi və artıq heç bir xüsusi biliyi və bacarığı olmayan istənilən şəxs onu icra edə bilirdi.

O, öz zavodlarında iş növbəsini səkkiz saata kimi qısaldıb əmək haqqının həcmini artırır.

Özünün “ Mənim həyatım, mənim nailiyyətlərim” kitabında Ford deyir ki, istehsal üçün 7882 əməliyyat icra etmək lazım gəlirdi ki, bunlardan da 949-u  tam sağlma və güclü adamlar tələb edirdi, 3338-i üçün adi fiziki gücə ehtiyac vardı, 3595-nin icrası heç bir fiziki güc tələb etmirdi və istənilən şəxs onu icra edə bilərdi. 670 işi ayaqsız da görmək mümkün idi, 2637-si üçün bir ayaq lazım gəlirdi, 2-sini əllərsiz, 715-ini tək bir əllə, 10-nu isə kor olan da icra edə bilərdi.

Yuxarıda dediklərimizdən belə bir nəticəyə gələ bilərik ki, Fordun prinsipləri qiymətlərin endirilməsi hesabına gəlirin artırılmasından ibarətdir. Əldə etdiyi gəliri o, istehsalın effektivliyinin artırılmasına və işçilərin premiyasına xərcləyib. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, işçilər satışların sayının çoxalmasında heç də az rol oynamayıblar. Belə ki, onlar istehsalın yeni təkmilləşmə üsulları barədə təkliflər irəli sürüblər.

Ford həm də özünün lazımi avtomobil dəstlərinin hazırlanması zavodunu da təsis edib və istehsalın optimallaşdırılması hesabna o onların çox ucuz qiymətə istehsalına nail ola bilib. “Ford Motors”un kömür mədənləri, dəmir yolları, ağacların emalı zavodları ( şirkətlərin işçilərinin ümumi sayı 500 mi nəfər olub) olub.

Heny Ford, avtomobilin dəbdəbə predmeti deyil, praktik və etibarlı tərəqqi vasitəsi olduğnu sübut etməklə sənayeni ömürlük dəyişib.