Tibb

05 Fevral

YouTube və Google Alphabet şirkətinə bu qədər qazandırdı – SON RƏQƏMLƏR

YouTube-un sahibi olan Alphabet şirkəti video paylaşım saytının əldə etdiyi gəlirlər ilə bağlı ilk dəfə açıqlama edib.

Fins.az xəbər verir ki, buna görə, YouTube-un 2019-cu ilin son üç ayında reklam gəlirlərindən əldə etdiyi 4,7 milyard dollara çıxıb. Bu isə bir öncəki ilin anoloji dövrü ilə müqayisədə 31%-lik artım deməkdir.

Bazar dəyəri bir trilyon dollara çatan Google-un da sahibi olan Alphabet şirkətinin illik gəlirlərinin 17% artaraq 46 milyard dollara çatdığı deyilib. Bu artım nisbəti iki ildən çoxdur ki, ən aşağı nisbət olaraq tarixə keçib.

YouTube sürətlə böyüyür, amma şirkət bulud texnologiyası sahəsində rəqiblərindən geri qalır. Amazon bulud xidmətlərindən 10 milyard dollar, Alphabet isə cəmi 2,6 milyard dollar qazanıb.

Pullu abunəçi sayı 2 milyon

Şirkətin Google üzərindən əldə etdiyi reklam gəlirləri 17% artımla 27,2 milyard dollara yüksəlib.

Alphabet-in CEO-su Sundar Pichai isə açıqlamasında deyib ki, YouTube-un pullu abunəçilərinin sayı 2 milyon civarındadır. 2019-cu ildə isə YouTube-un reklamlardan gəlirləri 15 milyard dollardan çox olub. Bu gəlirin böyük bir qismi kontent istehsalçıları ilə paylaşılıb.

©Facemark.az