Tibb

05 Fevral

Tütün məhsullarının reklamı bu ölkədə qadağan edildi

Belçikada 2021-ci ilin yanvar ayından etibarən bütün növ tütün məhsullarının reklamı qadağan edilib.

Bu barədə qərarı ölkənin parlamenti yekdilliklə qəbul edib.

 

Qərara görə, 2021-ci ilin yanvarından sonra mağazaların qabağında və ya içərisində siqaret reklamları olmayacaq. Bundan başqa nəqliyyat vasitələrində 18 yaşdan kiçik bir uşağın yanında siqaret çəkmək qadağan edilib.

Qeyd edək ki, qərarın ağciyər xərçənginin əsas səbəbi olan siqaret istifadəsini azaltmaq üçün qəbul edildiyi bildirilib. 

©Report