Tibb

04 Fevral

“McDonald’s” son on ildə satışlar üzrə ən yüksək artım göstərib

Kompaniya satışların həcmini artırmağa nail olub, baxmayaraq ki, ABŞ-da ziyarətçilərin sayında azalma qeydə alınıb. Şəbəkənin rekordu dijitallaşma və çatdırılma xidmətinin inkişafı ilə bağlıdır.

McDonald's fast-food restoranları şəbəkəsinin satışları 2019-cu ildə 2018-ci il ilə müqayisədə 5,9% artıb.

Fins.az xəbər verir ki, şirkətin sonuncu maliyyə hesabatına görə, bu son on ildə şirkətin ən yüksək artımı kimi qiymətləndirilir. Şirkətin idarə etdiyi restoranlar üzrə satışlar 2,4 milyard dollar təşkil edib, françayzinq müəssisələri üzrə əldə edilən gəlirlər isə praktiki olaraq 3 milyard dollara çatıb.

Business Live yazır ki, belə bir nəticə analitiklərin gözləntisi olan 5,2%-lik artımı üstələyib.

McDonald's-da satışların belə bir artımı birinci növbədə müəssisələrin dijitallaşması ilə bağlıdır. Belə ki, son illərdə restoranlar şəbəkəsində rəqəmsal displeylər görünməyə başladı. Onların çoxu isə özündə süni intellekt texnologiyalarını ehtiva edirdi.

Bildirilir ki, şirkət 2019-cu il ərzində rəqəmsallaşmanı davam etdirdi və sifarişlər və fərdiləşdirilmiş menyu xidməti üçün səs nəzarət texnologiyalarını əldə etdi.

Bundan başqa, şəbəkə sifarişlərin çatdırılması xidmətini inkişaf etdirdi və səhər yeməkləri üzrə menyuda yeni mövqelər əldə etdi. 2019-cu ildə isə şəbəkə bu yeniliklər ilə 2019-cu ilin sonunu rübündə daha çox yeni müştərilər cəlb etməyə nail oldu.

Qeyd edək ki, rekorda baxmayaraq şirkət ötən il problemlər ilə üzləşdi. Məsələn, şəbəkə üçün ən böyük bazarlardan biri olan ABŞ-da 2019-cu ildə müştərilərin sayında 2018-ci illə müqayisədə 1,9%-lik azalma qeydə alındı. The Wall Street Journal yazır. Buna səbəb isə fast-food bazarında yüksək rəqabətin olması və insanların artıq tez-tez evdə yemək yeməsi ilə bağlı idi.

Müştərilərin sayında artıma nail olmaq üçün şəbəkə gələcəkdə də texnologiyaları inkişaf etdirməyi və reklam kommunikasiyasının effektivliyini artırmağı düşünür.

2020-ci ildə McDonald’s bütün dünya üzrə yeni restoranlarının sayını artırmağı düşünür. Halbuki yanvardan başlayaraq şəbəkə Çində koronavirus epidemiyasına görə, bir neçə müəssisəsini bağlamaq məcburiyyətində qalmışdı.

Güman edilir ki, il ərzində fast-food restoranları şəbəkəsi bütün dünya üzrə 1000 yeni restoran açacaq.

©Facemark.az