Tibb

03 Fevral

Zamanı necə düzgün bölək?

Hər bir insan zaman zaman görürük ki, nəyəsə qaçır, zamanı yoxdur və ya zamanı olubda zamanı olmayan biri kimi təqdim edir. Yaşadığımız dünya ədalətlidir, çünki o hamımıza 24 saat verir. Heç kimdən əsirgəmir. Kiməsə 20 saat verib kiməsə 25 saat vermir. Zamanı ədalətli bölüşdürür. Sadəcə insan bu zamanı düzgün dəyərləndirməlidir. Zamanı isə nə dayandırmaq olur, nə stop etmək (öləndə istisna) nə də başqasına vermək olur. Yəni ki, heç bir halda sənə verilən bu resursdan artıq istifadə etmək hüququn yoxdur. Sadəcə edə biləcəyin bir neçə texnika ilə sənə verilmiş zamandan düzgün istifadə edib, effektiv nəticələr əldə edə bilərsən. Bəzi detallara nəzər yetirək:

1) Plansız iş görməyin! – Nə edirsizsə edin, amma plansız iş görməyin. Çünki planlar qurmadıqda siz günün sonunda görülən işlərin hamısının yerinə yetirmədiyinizi görəcəksiniz. Planları qurmaq və yazmaq üçün çox gözəl proqramlar var. Misal üçün: Trello, Microsoft to do və s.

2) Hər bir iş üçün ayıracağınız zamanın konkret deadline-nı qurun. Əgər hər-hansı layihəni təhvil verəcəksinizsə, bunun üçün müəyyən zaman təyin edin və vaxtında etməyə çalışın.

3) Hər gün 8 saat yatmayın. Çox zaman xəbərlərdə və s. eşidirik ki, 8 saatdan az yatmayın, bu ziyandır və s. Bu kimi xəbərlər sizi aldatmasın, çünki insanın fizioloji xüsusiyyətlərini yerinə yetirmək üçün minimum 4-6 saat arası yuxu tam kifayət edir. Çalışın ki, səhər sübh tezdən durasınız.

4) Gündəlik işlərinizi mütləq qaydada qeyd edin. Bunun üçün ən gözəl pulsuz proqram məhz Google Calendar proqramıdır.

5) Lazımsız şəxsləri və işləri müəyyənləşdirin. Lazımsız şəxslər var ki, məhz onlar sizin zamanınızı yeyən şəxslərdir. Bu qohum da ola bilər, yaxın tanışlarınızda. Bu şəxslərlə əlaqəyə girdikdə çox uzatmayın. Tez bir şəkildə görüşünüzü və ya telefon danışığınızı yekunlaşdırın. Lazımsız işlərə gəldikdə isə bu bir çox iş ola bilər. İnsanlara görə bunlar dəyişə bilər. Əsas məsələ düzgün analiz edərək effektiv işə nail olmaqdır.

6) Zamanın düzgün idarə olunmasına dair müxtəlif ədəbiyyatlar, məqalələr oxuyun.

Gördüyümüz kimi bəzi detalları həyatımızda tətbiq etsək zamandan effektiv istifadə edə bilərik. Zamandan isə effektiv istifadə etməyimiz bizim bütün işlərimizi vaxtında görməyə şərait yaradır.

İlkin Mirzəzadə