Tibb

31 Yanvar

Keçmişdən bu günə Coca-Colanı Coca-Cola edən 7 strategiya

İlk dəfə çıxanda hər kəs ona kokainli “iksir” dedi. Təqvimlər 1886-cı ildən 1929-cu ilə gələndə isə hər kəsin bildiyi, qazlı bir içki idi. Bu gün isə Cola 200 fərqli ölkədə, 1,9 milyard porsiya istehlak edilən bir içkidir. Coca-Cola isə dünya malı olan çox böyük bir şirkətdir. Bəs o necə bu hala gəldi?

Coca-Cola-nın innovasiya və sahibkarlıq üzrə vitse-prezidenti David Butler bunu, istifadə edilən 7 açar marketinq strategiyası ilə əlaqələndirir. İndi gəlin o strategiyalara bir yerdə baxaq?

1. Resepti sirr kimi saxlayırdı və bütün bazar testlərini uğurla keçmişdi

Onun reseptində 1903-cü ilə qədər kokaindən istifadə edildi. Daha sonra isə kokain reseptdən çıxarıldı. 1985-ci ildə “Yeni Kola” çıxana qədər isə respet eyni qalıb. Bazarda davamlı olaraq bu respeti kopyalamağa çalışdı. Bu cür rəqabət Coca-Cola-nın məşhurluğunu daha da artırdı.

2. Loqotipi bütün dövrlərə “ayaq uydurdu”

Vaxtilə mühasiblər tərəfindən istifadə edilən Spencerian şrifti ilə yazılan loqo Coca-Cola-nı rəqiblərindən fərqləndirəcəkdi. 1923-cü ildən bu yana loqo standart hala gəldi, qablaşdırması illər içində dəyişsə də, loqo həmişə eyni qaldı.

3. 1915-ci illərdə bütün Cola markaları eyni dizaynda şüşə butulkalardan istifadə edirdi. Onlar isə bir fərq yaratdı.

Coca-Cola-nı fərqli edən bir həmlə atmaq lazım idi. Məhsulun, həm keyfiyyətli, həm də fərqli olduğuna vurğu etmək üçün yeni şüşə butulkalar üzrə dizaynda dəyişiklik edilməsinə qərar alındı. Bunun üçün ölkədə bir yarış başladıldı. Yarışı Root Glass şirkəti qazandı və artıq Cola-nın şüşəsi də ikonikləşmişdi.

4. Coca-Cola-nı satmağın da qaydaları var idi

Ernest Woodruff-un Trust şirkəti 1919-cu ildə Coca-Colanı alır və keyfiyyəti qorumaq üçün bəzi standartların vacib olduğuna qərar verilir. Coca-Cola-nın 2 dərəcə istilikdə təklif edilməsinə qərar verilir. Şirkət pərakəndəçilərə satıcılar yollayırdı və içkinin əsla 4.5 dərəcə istiliyin üstündə təklif edilməsinə icazə verilmədiyi deyilirdi. Bu standart Coca-Cola-nı rəqiblərindən daha dəyərli edib.

5. 70 il eyni qiymətə satıldı!

Bir şüşə Coca-Cola 1886-cı ildən 1959-cu ilə qədər sadəcə 5 sent idi.

6. Öz dünyasını yaratdı

Şirkət istəyirdi ki, müştəri markanı özünə bərabər görsün. Məsələn, ilk olaraq 1887-ci ildən 1920-ci illərə qədər istehsal edilən bütün məhsulların 10%-nin pulsuz verilməsi üçün, kütləvi kupon kampaniyasına başladı. Bununla marka fərqlənəcəkdi. Eyni zamanda, promoşn olaraq pərakəndəçilərə dekorasiya, müştərilərə də saat və təqvimlər verirdi.

7. O, diler modeli ilə irəlilədi

Butler, “Coca-Cola şirkəti vahid bir şirkət deyildi, kiçik şirkətlərdən ibarət olan bir sistemdir”, deyir və əlavə edir.

“Bu sistem hesabına yeni məhsullar ortaya çıxır, yeni kommunikasiya kanalları açılır. Yeni avadanlıqlar inkişaf etdirilir. Bu sistemə uyğun dizayn önəmlidir, amma iş böyütməyə gəldiyi zaman bu sistem qədər böyüməyə meyilli başqa bir sistem yoxdur”.

Bu yeddi strategiyanı Butler və Linda Tischler-in “Design to Grow: How Coca-Cola Learned to Combine Scale and Agility” kitabından daha detallı oxuya bilərsiniz.

©Facemark.az