Tibb

30 Yanvar

Satya Nadelladan sahibkarlar üçün 3 kitab

Microsoft-un baş direktoru Satya Nadella  Davos Ümumdünya iqtisadi forumunda verdiyi müsahibədə hamı, xüsusilə də sahibkarlar üçün faydalı ola biləcək üç kitabdan bəhs edib. Onun sözlərinə görə, həmin üç kitab sürətlə dəyişən dünya  və onun dəyərləri ilə ayaqlaşmaqda yardımçı olacaq:

Kolin Mayerin “Prosperity” (“Tərəqqi”) kitabı

Bu kitabın müəllifi Oksforddan oln iqtisadçı Kolin Mayerdir, o, sosial məqsədlərin müəyyən edilməsini təklif edir: “Korporasiya insanların və planetin problemlərinin sərfəli həll yolunu axtarır”. Bu təklif Nadellaya yaxındır.

Microsoft-un baş direktoru əminliklə deyir ki, biznes problem yaratmalı deyil, onu həll etməlidir. Dünya şirkətlərinin məqsədi onların çiçəklənməsi ilə dünyanın da çiçəklənməsidir.

Daron Adjemoqlu və Ceyms Robinson-un“The Narrow Corridor” (“Dar dəhliz”) kitabı

Nadella bu kitabı fantastik bir kitab adlandırıb. Onun müəllifləri Massaçuset texnoloji institutunun iqtisadçısı və  Çikaqo universitetinin politoloqudur.

Nadella şərh edir ki, kitab, daimi münaqişədən və cəmiyyətin nə istəməsi ilə hökumətin nə istəməsi arasındakı gərginlikdən bəhs edir, biznes isə onlar arasındakı dar dəhlizi tapmalıdır. “Biz də bazarlar, demokratiyalar və liberal dəyərlər arasında işləyən bir dəhlizi axtarıb tapmalıyıq, elə bir dəhliz ki, orada sıradan çıxacaqheç bir şey olmasın”.

Kerol Duek-in “Mindset” (“Düşüncə tərzi”) kitabı

Bu kitabda müəllif sahibkarın yanaşmasından bəhs edir:” “Mən ideal deyiləm, heç vaxt ideal olmayacam, amma öyrənə bilərəm” deyə biləcək qədər həssas olmaq. İstəklərimizlə ayaqlaşan canlı mədəniyyətə sahib olmaq yaxşı bir mövqedir.