Tibb

30 Yanvar

Mark Zuckerberg-in Facebook şirkəti nə qədər qazandı?: Bazar dəyəri açıqlandı

Facebook-un səhmləri ötən il 55% yüksəlib və sosial şəbəkənin gündəlik istifadəçi sayı isə 1,66 milyard nəfərə çatıb.

Fins.az xəbər verir ki, The Wall Street Journal şirkətin hesabatına istinadən məlumat verir ki, 2019-cu ildə şirkətin gəlirləri 70,7 milyard dollardan çox olub.

Şirkətin hesabatında deyilib ki, platformanın gündəlik istifadəçi sayı ötən ilin sonuncu rübündə 9% artaraq 1,66 milyard nəfərə çatıb. Ondan əvvəlki rübdə isə bu rəqəm 1,62 milyard nəfər olub.

Nəşr yazır ki, istifadəçilərin sayının artımı, analitiklərin il yarım bundan öncəki gözləntilərini belə keçib.

Aylıq olaraq şəbəkədən istifadə edən insanların sayı isə 8% artaraq 2,5 milyarda yüksəlib.

Instagram, Messenger və WhatsApp-in da daxil olduğu platformalar üzrə isə bu göstərici 2,89 milyard nəfər olub. Bir istifadəçi üzrə şirkətin qazancı bütün dünya üzrə 8,52 dollardır, amma ABŞ və Kanadada isə bu – 41,41 dollara bərabərdir. 2019-cu ildə şikətin gəliri bir öncəki ildən 55,8 milyard dollardan, rübün sona isə 25%, yəni 21,1 milyard dollar artaraq 70,7 milyard dollara çatıb.

The Wall Street Journal-in analitikləri isə yazır ki, istifadəçilərin platformada keçirdiklərin vaxtın artması və onların sayının yüksəlməsi şirkətin səhmlərinin dəyərini ötən il 55% artmasına kömək olub. Kompaniya ötən ilin dördüncü rübündə 7,34 milyard dollar ölçüsündə gəlirini açıqlamışdı və yaxud səhm üzrə 2,56 dollar. FactSet analitikləri isə səhm üzrə 2,53 dollar gəlir əldə edəcəklərini elan etmişdi. Şirkətin bazar dəyəri isə 633,5 milyard dollardır.

©Facemark.az