Tibb

27 Yanvar

Tanışlıq saytı tək qalmağa qərar verən insanları dəstəklədi – Video

Onlayn tanışlıq saytı Tinder Böyük Britaniyada #SingleNotSorry (yalnızlıq peşmanlıq deyil) adlı kampaniya buraxıb. Video çarx münasibət qurmamağı seçən insanlara yönəlib.

Fins.az xəbər verir ki, belə ki, kimsə 100 nəfərin qayğısına qalmaq üçün yalnız qalır, kimisi isə öz şəxsi tarixini yazmaq üçün nağılvarı sevgidən imtina edir.

Reklam çarxı moda evinin inkişafına yönəlmiş kreativ agentlik Kemmler Kemmler agentliyi ilə birgə ərsəyə gətirilib.

Qeyd etmək yerinə düşər ki, bu Tinder-in tək qalmağa qərar verən insanları dəstəklədiyi ilk reklam kampaniyası deyil.

2018-ci ildə xidmətin bu şəkildə reklam sloqanları var idi. Məsələn, yalnız insanlar evə erkən dönməyə məcbur deyillər, yalnız insanlar tək etmək istədiklərini edərlər və s.

©Facemark.az