Tibb

24 Yanvar

“Taxt Oyunları”nın Targaryen-i məşhur markanın reklam üzü oldu – Foto

Clinique brendi tarixində ilk dəfə makyaj və dəriyə qulluq kateqoriyasında qlobal marka elçisini seçib.

Fins.az xəbər verir ki, məşhur aktrisa Clarke Clinique ilə əməkdaşlığını “Budur mənim CliniqueiD-im, bəs sənin CliniqueiD nəmləndiricin hansıdır?”kampaniyası ilə təqdim edir.

Clinique markası makyaj və dəriyə qulluq seriyası üçün tənqidçilərin də bəyəndiyi məşhur aktrisa Emilia Clarke-ı (Emiliya Klark) “Qlobal Marka Elçisi” olaraq seçib.

 

Emilia Clarke, dörd Emmy və iki Critics Choice mükafatı gətirən Game Of Thrones (Taxt Oyunları) serialındakı “Əjdahaların anası, Daenerys Targaryen” performansı ilə dünya miqyasında böyük bir izləyici və fan kütləsinə sahibdir.

Emilia Clarke deyib ki, “Yeni Qlobal Marka Elçisi” olaraq Clinique-in bir parçası olduğum üçün qürur duyuram. Clinique, mütəmadi olaraq istifadə etdiyim dəriyə qulluq markasıdır və hazırda bu ailənin bir parçası olmaq isə qürurvericidir. Məhsularından istifadə edən insanlara özünəinam və xoşbəxtlik gətirməsini sevirəm. Clinique, sadəcə zamansız deyil, eyni zamanda insanları olduqları kimi hiss etdirən, cild problemləri nə olursa olsun, peşmanlıq yaratmadan qüsursuz bir dəriyə sahib olmalarına kömək edən markadır”, - deyə məşhur aktrisa deyib.

O, 15 Yanvar 2020-ci ildə isə dəriyə qulluq vasitələrini yeni Dramatically Different Nəmləndirici Təsirli BB-GEL bazına da vurğu edərək, sosial mediada #iDYourself kampanyası ilə paylaşıb.

©Facemark.az