Tibb

23 Yanvar

P&G, Google və Lego zərərli məlumatları internetdən silməyə hazırlaşır

Mars, ProcterGamble, Google, Adidas, Unilever və Lego kimi iri dünya markalarının daxil olduğu brendlər zərərli məlumatları internetdən silmək haqqındakı planlarını elan ediblər.

Fins.az xəbər verir ki, The Drum nəşrinin məlumatına, əsasən planın icrası reklamverənlərə şübhəli və zərərli platformalara əlçatanlığını yox edəcək.

Faktiki olaraq bu Dünya Reklamverənlər Federasiyasının bir qrupu olan Qlobal Media Araşdırmaları Alyansı (GARM) ilk böyük investisiyasıdır. 2019-cu ildə yaradılan bu Alyansa isə onlarla beynəlxalq brend daxil olub. Müxtəlif platformalarda zorakılığı və diskriminasiyanın təbliği ilə mübarizə birliyin ən böyük vəzifəsidir.

Bildirək ki, plan haqqında isə Alyans Davos Forum-da elan edib. Adıçəkilən plan isə 3 punktdan ibarət olacaq.

Birincisi odur ki, alyans zərərli məlumatların nə olduğunu aydınlaşdırır. İkincisi, reklamın harada yerləşdirilməsini izləməyə imkan verən nəzarət vasitələrinin yaradır. Üçüncüsü punkt isə ümumi qiymətləndirmə standartlarının qəbul edilməsini ehtiva edir. Məsələn, marketoloqlar hansı saytları bloklamalı olacaqlarını, monetizasiyadan məhrum edə biləcəklərini, dəxlisiz məzmunun haradan meydana gələcəklərini bilməlidirlər. Bunu isə Alyansın plan üzrə üçüncü punktuna daxildir.

“Media çatdırılmalarının məsuliyyət zəncirini yaratmaq gəlib çatıb. Bu isə 2030-cu ilə qədər yaranacaq. Bu bütün iştirakçılara, eləcə də bizim xidmət göstərdiyimiz müştərilərə daha təhlükəsiz, effektiv, açıq sistem təklif edəcək”, - deyə PG-nin brend meneceri Mark Pritçard deyib.

The Drum nəşri qeyd edir ki, markalar reklam etdikləri resurslar səbəbindən dolayı tez-tez təzyiq ilə üzləşirlər. Amma nəşr əlavə edir ki, bununla belə platformaların özləri də reklamverənlər qarşısında məsuliyyətlərini hiss edirlər və zərərli videoların yayılmaması üçün ciddi mübarizə aparırlar. Məsələn, xüsusilə qeyd edək ki, 2019-cu ilin iyul – sentyabr aylarında YouTube videoservisi, Facebook və ona daxil olan Instagram-da ümumilikdə təxminən 620 milyon ədəd uyğunsuz məzmun silinib.

©Facemark.az