Marketinq, dijital marketinq, ictimaiyyətlə əlaqələr (PR) və kontent istehsal agentliyi Dijital Kalem 2020-də qarşılaşacağımız və gündəlik həyatda daha çox istifadə olunacaq dijital trendlərin TOP 10-ğundan bəhs edib.
Fins.az xəbər verir ki, budur 2020-ci ilin dijital trendləri
5G gəlir
Texnologiya dünyasında 2020-ci ildə qarşılaşacağımız çevriliş nöqtələrindən biri olan 5G ön plana çıxır. 5G texnologiyası qlobal miqyasda istifadə edilməyə başlanılacaq. Dünyanın ən böyük ağıllı telefon istehsalçıları indidən 5G-ni dəstəkləyən cihazlarını bazara təqdim etməyə başlayıb.
Robot köməkçilərdən geniş istifadə
Dünyanın fərqli bölgələrində robot dayələr, mühafizəçi, stüardessa, ofisiantlar fəaliyyət göstərir. 2020-ci ildə isə bu texnologiyalar evlərə girəcək. Xüsusilə ağıllı evlərdə istifadə olunacaq bu robot köməkçilər gündəlik həyatdakı bir çoxu işi asanlaşdıracaq.
Podcastlara daha çox qulaq asılacaq
Podcastlar, həm informasiya, həm də əyləncəni birlikdə təqdim edir. Yeni trend olaraq yüksəlişdədir. Podcastlar 2019-cu ildə daha çox tələb gördü və istehlak olundu. Bu vəziyyət 2020-ci ildə də davam edəcək. Yeni podcast kontent istehsalçıları ilə qarşılaşacağıq.
“Ağıllı” film və seriallar gəlir
Black Mirror: Bandersnatch 2019-cu ildə bazara çıxarılmış və film serıal dünyasında izləyiciyə təqdim etdiyi seçimlər ilə film dünyasında böyük marağa səbəb olmuşdu. 2020-ci ildə isə izləyicini hekayənin yaradıcıları sırasına daxil edən isehsalçıların sayı artacaq.
Mobildə daha çox oyun
Espor və mobil oyunların yaranması ilə oyun sektorununhəcmi də gün keçərək böyüyür. Yeni idə çox oyunculu mobil oyunlar ön plana çıxacaq və yeni oyunlar bazara təqdim ediləcək.
Ağıllı otellər ilə fərqli təcrübə
2020-ci ildə fərqli otellər qarşımıza çıxacaq. Ağıllı otellərdə bizi robot əməkdaşlar qarşılayacaq. Bütün ehtiyaclarımızı təmin edəcəklər. Fərqli dil seçimləri ilə hər kəsə kömək olacaqlar.
Daha çox onlayn təhsil
Onlayn təhsilin rahatlıq, az büdcə, əlçatanlıq, animasiyalı öyrənmə kimi bir çox üstünlükləri var. Yeni ildə sürətlə inkişaf edəcək və daha çox tələb olunacaq. Onlayn siniflərə çevriləcək və təhsil gənclərin seçimi olacaq.
Təhlükəsizlikdən məsul drone-lar
2020-ci il və daha sonrakı illərdə drone-ların da bacarıqları çoxalacaq. Drone-lardan sağlamlıq, təhsil, əyləncə, səyahət kimi sahələrdə geniş istifadə olunacaq. İtkinin olduğu vəziyyətlərdə drone-lardan istifadə gözlənilir.
Reallıq anlayışı dəyişəcək
Virtual, artırılmış, reallıq ilə yanaşı, 2020-ci ildə genişləndirilmiş reallıq eynəkləri də bazara çıxarılacaq. Bundan başqa, 360 dərəcə videolar, live streaming kontentlər və videolar istifadəçilərə gözəl bir təcrübə təqdim edəcək.
Səsli axtarış dövrü
2020-ci ildə kəlimə ilə axtarışın yerini, səs ilə axtarış funksiyası alacaq. Bu üsul xüsusilə, e-ticarət saytlarında fərqli bir variant olaraq qarşımıza çıxacaq.
©facemark.az