Tibb

15 Yanvar

Volkswagen-dən ikonik modeli Beetle-ya duyğusal vəda - Video

Volkswagen istehsalına son verdiyi ikonik modeli Beetle-a Johannes Leonardo tərəfindən hazırlanan animasiya filmi ilə vəda edir. Üç nəsil üzrə dünya miqyasında 20 milyondan çox nümunəsi satılan Volkswagen Beetle-in istehsalı iyulda sona çatmışdı.

Fins.az xəbər verir ki, istehsalı dayandırılan bir model üçün belə bir kampaniyanın reallaşması isə bütün nəsildən sevəni olan avtomobilin əhəmiyyətini nümayiş etdirir.

90 saniyə davam edən animasiya filmində Pro Musica Youth Chorus (Pro Musiqi Gənclik Xoru) Beatles-in “Let it Be” mahnısını səsləndirir.

Reklam çarxının əsas ideyası odur ki, hər bir yolun sonu digərinin başlanğıcıdır. Film Volkswagen ID 3-ün dizaynının nümayişi ilə sona çatır.

©facemark.az